featured-image-971

İslamın həyanı əmr etməsi, onun əzəmətini və gözəlliyini bildirir. Hər bir dinin öz əxlaqı meyarı varsa, İslamın əxlaqı da həyadır.
Peyğəmbər(sav) -in buyurduğu kimi:
Həya yalnız xeyir gətirir”(Buxari: 10\ 521\ ? 6117. Müslim: 1\ 64\ ? 37.)

Həyalı əxlaq ən gözəl, əzəmətli, üstün və çox faydalı əxlaqdır. Həm də o insana xas olan xüsusiy¬yət¬lər¬dəndir. Kimin həyası yoxdursa insanlıqda onun payı yalnız bədənindəki ət, qan və onun zahiri görünüşüdür. Belə adamda xeyirdən də bir pay olmaz. Əgər həya olmasaydı qonağa hörmət olunmaz, vədə sadiqlik olmaz, əmanətlər qaytarılmaz, heç kəsin ehtiyacı ödənilməz, insan yaxşı işləri axtarmaz, pisliklərdən çəkinməz, ayıb yerlərini qorumaz, fahişəlikdən çəkinməzdi. Çox adamlar var ki, həyası olmasaydı onlara əmr edilənləri yerinə yetirməz, heç kəsin haqqına fikir verməz, qohumluq əlaqələrini saxlamaz və ya atadan yaxşılıq gör¬məzdilər. Bu əməllərin həyata keçirilməsinə səbəb dini və ya dünyəvi ola bilər. Dini səbəb: etdiyi bu əməlin savabını arzu etmək, dünyəvi səbəb isə: insanın öz əxlaqında olan həyası ilə deyilən əməlləri etməsidir. Deyilənlərdən görünür ki, əgər Allahdan və bəndədən həya edilməsə adını çəkdiyimiz əməllərin heç biri həyata keçməz.
Ona görə Peyğəmbər (sav0 ənsarlardan (Mədinəli səhabələrdən) birinin öz qardaşını həyaya görə danladığını eşitdikdə buyurmuşdu:
“Ondan əl çək. Həqiqətən həya imandandır”(Buxari: 1\ 74\ ? 24. Müslim: 1\ 63\ ? 36.)
“İnsanların eşitdikləri Peyğəmbər kəlamlarından biri: Əgər utanmırsansa istədiyini et! — kəlamıdır”(Buxari: 6\ 515\ ? 3483.)
Yəni, kim öz həyasını itirərsə görülən yaxşı və ya pis işlərə fikir verməz.

R.Muradlı
www.islamevi.az

Bənzər Məqalələr