featured-image-923

İndi isə sənə İslamın təşviq etdiyi ən gözəl əxlaq nümunələrindən bəzilərini xatırladaq.
Doğruluq (Sidq, sadiqlik):
Doğru olmağı tələb etmək, ona təşviq etmək, doğruları tərifləmək və onlara gözəl aqibət vəd etmək bu dinin gözəlliklərindəndir. Allah taala buyurur:
“Ey iman gətirənlər! Allahdan qorxun və (imanında, sözündə, işində) doğru olanlarla olun! (Peyğəmbər və onun sadiq əshabələri ilə birlikdə olun!)” (ət-Tövbə: 119).

Peyğəmbər (sav) buyurmuşdur:
“Sadiq olun. Sadiqlik insanı yaxşılığa doğru aparar. Yaxşılıq isə insanı cənnətə aparar. Bir insan sadiqlik etməyə çalışıb onu axtararsa, Allah ya¬nında sadiqlər kimi qeyd olunar. Yalandan çəkinin! Yalan insanı günaha aparır. Günah isə insanı cəhənnəmə aparar. Bir insan yalan danışmağa çalışar və onu axtararsa Allah yanında yalançılar kimi qeyd olunar”(Buxari: 10\ 507\ ? 6094. Müslim: 4\ 2012\ ? 2607.)
Toplum və fərdlərin sadiqlik sifətinə yiyələnməsi cəmiyyət üzvləri arasında əmin-amanlığın və etibarın yayılması deməkdir. Çünki insanlar sadiq insana inanır və hər işlərində ona etibar edirlər.
Sadiq insanı hər kəs sevər, onun sözünü dinləyər və onun sözü onların qəlbinə təsir edər.
Sadiqlik insana cəmiyyət arasında izzət, özünə inam, alicənablıq və gözəl şərəf gətirər.
Qarşılıqlı əlaqələrdə sadiqlik etmək ruzinin bol olmasına səbəbdir. Yalan danışmaq isə əksinə.

Hazırlayan:
R.Muradlı
www.islamevi.az

Bənzər Məqalələr