featured-image-922

Peyğəmbər – sallallahu aleyhi və səlləm – 27, bəzi mənbələrə görə 29 döyüşdə iştirak edib. Bunlardan yalnız 9-da özü şəxsən döyüşmüşdür1.
FİCAR döyüşü Peyğəmbər – sallallahu aleyhi və səlləm – 20 yaşında ikən Qureyş və Kinanə ilə Qeys və Aylan qəbilələrinin arasında Ukaz bazarında bir döyüş olmuşdu. Bu döyüşdə Peyğəmbər – sallallahu aleyhi və səlləm – iştirak etmiş və əmilərinə ox hazırlamaqda kömək etmişdi. Sonra isə iki tərəf arasında barış olmuşdu.

BƏDR – hicri 2-ci ildə Ramazan ayının 27-si Cümə günündə olmuşdur. Müsəlmanlar 313-319 mücahid ilə 950-1000 nəfərlik düşmənə qarşı vuruşub qalib gəlmişlər. Bu döyüşdə 82-86 Mühacir, 61 Əus və 17 Həzrəc qəbiləsindən iştirak edirdilər. Bu döyüşdə müşriklər 70 ölü və 70 əsir verirlər. Əsir alınanlar içərisində Peyğəmbər – sallallahu aleyhi və səlləm -in əmisi Abbas, qızı Zeynəbin əri Əbul As b. əl-Rabi, Əlinin qardaşı Ukayl b. Əbu Talib, Əbu Sufyanın oğlu Amr və s. olur. Məkkədən 150 km aralıda yerləşən quyuların adı idi. Bəzi rəvayətlərə görə o, ərazinin sahibi Bədr b. Kəlbə olduğu üçün onun adından götrülmüşdür. Bu döyüşdə təkbətək döyüşmək üçün ənsarlardan üç nəfər irəli çıxır. Bunlar Rəvaha, Auf b. Məlik və Muavis b. Arfa olur. Lakin müşriklər buna etiraz edərək deyirlər ki, bizə qüreyşdən döyüşçülər lazımdır. Bu vaxt Əli, Həmzə və Ubeydə irəli çıxır. Müşriklərdən isə Valid b. Utbə, Utbə b. Rabi və Şeybə b. Rabi irəli çıxır. Üçüdə öldürülür. Müsəlmanlardan isə Ubeydə yaralanır. Bu döyüşdə 14 şəhid verilir. Döyüşdə həmçinin Əbu Cəhl də qətlə yetrilir. Onu öldürən Arfənin iki oğlu Muaz b. Arfə və Muaz b. Amr əl-Camuxdur2. Bu döyüşdə mələklər də müsəlmanlara kömək edirlər. İbn Abbas – radıyallahu anhu – rəvayət edir ki, Bədr günü Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Baxın Cəbrail -əleyhissəlam – öz silahı ilə atının yüyənindən tutub»3. Rifa b. Rafi əz-Zurani – radıyallahu anhu -rəvayət edir ki, Cəbrail – əleyhissəlam – Peyğəmbər – sallallahu aleyhi və səlləm -ə buyurdu: «Siz Bədr döyüşündə iştirak edənləri nə sayırsınız». (Peyğəmbər) buyurdu: «Müsəlmanların ən xeyirliləri». Cəbrail – əleyhissəlam – dedi: «Mələklərdən də Bədr mələkləri belədir»4.
KAYNUKA döyüşü — Yəhudilər müsəlmanları ələ salırdılar. Buna görə Peyğəmbər -sallallahu aleyhi və səlləm — onların yanına gedərək nəsihət edir. Lakin bu nəsihət Yəhudiləri daha da qızışdırır və onlar Peyğəmbər – sallallahu aleyhi və səlləm -ə dedilər: «Bax ey Muhəmməd! Döyüşün nə olduğunu bilməyən bir topluluğa qalib gəlməyin səni aldatmasın! Bizim üstümüzə gəlsən kim olduğumuzu bilərsən». Peyğəmbər – sallallahu aleyhi və səlləm – onların bu sözlərinə səbr etdi. Lakin bundan sonra baş verən hadisə artıq səbrin tükənməsi demək idi. Yəhudilər bazarların birində alış-veriş edən bir qadının örtüyünü açaraq onu ələ salmağa başladılar. Yardıma gələn müsəlmanlardan biri orada olan Yəhudilərdən birini öldürdü. Yəhudilər də toplanaraq o, müsəlmanı şəhid etdilər. Bu hadisə Peyğəmbər – sallallahu aleyhi və səlləm -ə çatdıqda H. 2-ci ili Şəvval ayının 15 Kaynuka oğulları Yəhudilərini mühasirəyə aldı. Mühasirə 15 gün davam etdi. Zil Hiccə ayının ilk günləri Yəhudilər təslim oldular. Peyğəmbər – sallallahu aleyhi və səlləm – onları Mədinədən çıxardaraq Suriya bölgəsinə göndərdi.
BƏNİ SƏLİM – Qatafan və Səlim qəbilələrinin ittifaq bağlayaraq Mədinəyə hücum etmək xəbəri Peyğəmbər – sallallahu aleyhi və səlləm -ə çatır. 200 nəfərlik bir dəstə toplayaraq hücum edir. Şam və Məkkə yolu üzərində bədəvilərin toplandığı KARKARATUL KƏDİR deyilən yerə çatır. Bu xəbəri eşidən bədəvilər isə 500 dəvə buraxaraq qaçırlar. H. 2 ilində şəvval ayında baş vermişdi.
ZUAMR VƏ BAHRAN döyüşləri də bu qəbilələrin Bəni Səlim və Bəni Muharib qollarına qarşı olmuşdur. Onların da hücum xəbərini aldıqda Peyğəmbər – sallallahu aleyhi və səlləm – dəstə düzəldərək hücum etmiş. Lakin düşmən bu xəbəri eşidəcək qənimət buraxaraq qaçmışdı.
SUVAYK – Bədr döyüşündən sonra baş vermişdi. Əbu Sufyan bu məğlubiyyətdən sonra and içmişdi ki, Muhəmmədə qalib gəlmədikcə başıma su tökməyəcəyəm. 200 Qureyşli ilə yola çıxır. Mədinə yaxınlığında əl-Arid adlanan yerə qədər gəlir. Yolda qarşılarına çıxanları öldürür və mal-qaraya da ziyan vururdu. İki müsəlmanı da öldürdükdən sonra Məkkəyə geri dönürlər. Peyğəmbər – sallallahu aleyhi və səlləm -ə bu xəbər çatır. Onları tutmaq üçün yola düşürlər. Lakin müşriklər qaçmışdılar. Müşriklər yağda qovrulmuş Suveyk adlanan yeyəcəklərini və digər yüklərini də atmışdılar. Buna görə də bu döyüşə Suveyk döyüşü adı verilmişdir. Müsəlmanlar onları təqib edirlər. Çatmayacaqlarını başa düşdükdə geri dönürlər. Bu döyüş Bədr döyüşündən iki ay bir neçə gün sonra baş vermişdi – H. 2 Zil Hiccə ayı.
UHUD – hicri 3-cü ildə Şəvval ayının 6 Cümə günü baş verir. Müsəlmanlar 1000, müşriklər isə 3000 nəfərə yaxın olurlar. Sehl b. Säd – radıyallahu anhu – rəvayət edir ki, bizə Peyğəmbər -sallallahu aleyhi və səlləm -in yarasından danışarkən bunları söylədi: «Allaha and olsun ki, mən Peyğəmbər – sallallahu aleyhi və səlləm -in yarasını kim yuyurdu, onun üzərinə kim su tökürdü və nə ilə müalicə edilirdi? Bunların hamısını bilirəm. Peyğəmbər – sallallahu aleyhi və səlləm -in qızı Fatimə – radıyallahu anhə – onun qanını silir, Əli – radıyallahu anhu – qalxanı ilə daşıdığı suyu tökürdü. Fatimə – radıyallahu anhə – suyun qanın qarşısını kəsmədiyini gördükdə həsirdən bir az götürərək yandırdı və külünü yaraya basdı. Bundan sonra qan kəsildi. (Bu döyüşdə) onun ön dişi qırılmış, üzü yaralanmış, başında olan miğfəri isə qırılmışdı»5. Bu döyüşdə Utbə b. Əbu Vaqqas daş ataraq Peyğəmbər – sallallahu aleyhi və səlləm -in dişini sındırır, alt dodağını yaralayır. Sad b. Əbu Vaqqasın qardaşı idi. Peyğəmbər – sallallahu aleyhi və səlləm – onun üçün dua edərək deyir ki, ilinə qalmasın. Həqiqətən də il keçməmiş ölür. Abdullah b. Kaima da qılıncı ilə yanağını yaralayır. O, sonra vəhşi bir heyvan tərəfindən parçalanaraq öldürülür. Bu döyüşdə həmçinin Həmzə – radiyallahu anhu – da şəhid edilir. Onu Mutim b. Cubeyrin köləsi Vəhşi b. Hərb öldürür. Onu öldürməyin müqabilində azad edəcəyini söz vermişdi. Çünki Həmzə – radiyallahu anhu – Bədr döyüşündə onun əmisi Tuaymə b. Adiyi öldürmüşdü6. Həmçinin bu döyüşdə Peyğəmbər – sallallahu aleyhi və səlləm -in öldürüldüyü xəbəri də yayılır. Bəra b. Azim – radiyallahu anhu – rəvayət edir ki, (Uhud) döyüşündə müşriklərlə qarşı-qarşıya gəldik. Peyğəmbər – sallallahu aleyhi və səlləm -məharətli ox atıcılarından (əlli nəfərlik) bir qrup əskəri ayıraraq başlarına da Abdullah b. Cubeyri -radiyallahu anhu – təyin etdi. Ona: «Bir an belə yerinizdən tərpənməyin. Hətta bizim onlara qalib gəldiyimizi görsəniz də belə yerinizdən tərpənməyin. Onların bizə qələbə çaldıqlarını (və quşların cəsədlərimizi diddiklərini) görsəniz də belə (mən sizə adam göndərmədikcə) bizə yardıma gəlməyin» deyə buyurdu. Müşriklərlə qarşılaşdığımız zaman (Allah onları məğlubiyyətə uğratdı) və onlar qaçmağa başladılar. Hətta dağa doğru ətəklərini toplayaraq qaçan qadınları da gördüm. (Ayaq biləklərində olan) halqaları da belə görsənirdi. Bizimkilər belə deməyə başladılar: «Qənimət! Qənimət!» İbn Cubeyr: «Pəyğəmbər – sallallahu aleyhi və səlləm – sizə nə dediyini unutdunuzmu? Yerlərinizi tərk etməyin!» deyə tənbehlədi. Oxçular onun sözünü dinləməyərək: «Vallahi biz də qardaşlarımızın yanına gedib qənimətdən götürəcəyik» dedilər. Onlar bu əmrə etiraz edincə üzləri tərs çevrildi. Nə edəcəklərini bilməyən dəlisovlara döndülər və məğlub oldular. Xalid b. Vəlid oxçuların Rima təpəsini tərk etdiklərini gördükdə ora hücum edir və təpəni ələ keçirir. Yetmiş şəhid verildi. Pəyğəmbər – sallallahu aleyhi və səlləm – təpənin üzərində İbn Cubeyr – radiyallahu anhu – ilə qalan (on iki) nəfəri geri çağırdı. Gecə düşdükdə Əbu Sufyan üç dəfə səsləyərək: «Aranızda Muhəmməd varmı?» deyə soruşdu. Peyğəmbər: «Ona cavab verməyin» deyə buyurdu. Əbu Sufyan təkrar üç dəfə səsləyərək: «Aranızda Əbu Kuhafə varmı?» deyə soruşdu. Peyğəmbər yenə də: «Ona cavab verməyin» deyə buyurdu. Əbu Sufyan yenə də üç dəfə səsləyərək: «Aranızda Xattabın oğlu varmı?» deyə soruşdu. Heç kimsə ona cavab vermədi. Bundan sonra Əbu Sufyan: «Onlar hamısı öldürüldülər. Əgər sağ olsalardı cavab verərdilər» dedi. Bu sözlərdən sonra dözə bilməyən Ömər: «Ey Allahın düşməni yalan söylədin. Allah Rəsulu da, Əbu Bəkr də və mən də burdayıq və sağıq» dedi. Əbu Sufyan: «Savaş bir rəqabətdir. Günə gün! Uhud Bədrə qarşılıqdır» dedi və: «Şanın uca olsun ey Hubel!7». Peyğəmbər: «Ona cavab verin» deyə əmr etdi. Səhabələr: «Nə deyək?» deyə soruşdular. Peyğəmbər: «Allah ən uca və ən üstündür» deyə buyurdu. Əbu Sufyan: «Bizim Uzzamız var, sizin isə Uzzanız yoxdur» dedi. Peyğəmbər: «Ona cavab verin» deyə əmr etdi. Səhabələr: «Nə deyək?» deyə soruşdular. Peyğəmbər: «Allah bizim Mövlamızdır, sizin isə Mövlanız yoxdur» deyə buyurdu. Əbu Sufyan: «Həqiqətən də siz öz ölülərinizin içindən tanınmaz hala salınmış kimsələri tapacaqsınız. Bunu mən əmr etmədim, lakin bu məni heç də məyus etmədi. Məni pisləməyin». Peyğəmbər: «Ona cavab verin» deyə əmr etdi. Səhabələr: «Nə deyək?» deyə soruşdular. Peyğəmbər: «Bizim ölülərimiz Cənnətdə, sizinkilər isə Cəhənnəmdədir» deyin8. Həmçinin bu döyüşdə də mələklər müsəlmanlara yardım göstərmişlər. Səid b. Əbu Vaqqas -radiyallahu anhu – rəvayət edir ki, Uhud günü mən Peyğəmbər – sallallahu aleyhi və səlləm – iki ağ əbada olan kimsə ilə gördüm. Böyük sücayət göstərərək (onu) qoruyurdular. (Mən) onları nə bundan əvvəl görmüşdüm, nə də (döyüşdən) sonra görə bildim.9.
HAMRAUL ƏSƏD döyüşü Uhud döyüşündən dərhal sonra baş vermişdi. Peyğəmbər -sallallahu aleyhi və səlləm – bu döyüş üçün yalnız Uhudda iştirak edənlərin toplanmasını əmr edir.
Mədinəyə 8 mil məsafədə Hamraul Əsəd adlanan yerə gəlirlər. Müşriklər isə Mədinəyə 36 mil məsafədə olan Rəvha bölgəsinə gəlirlər. Huzaə qəbiləsinin ağası Məbəd b. Mabəd təzə müsəlman olmuşdu. Peyğəmbər – sallallahu aleyhi və səlləm -in yanına gəlir. Peyğəmbər – sallallahu aleyhi və səlləm – ona təlimat verir ki, Əbu Sufyanın yanına gedərək onu qorxutsun. O, da Əbu Sufyanm yanına gedərək deyir: «Müsəlmanlar sizinlə qarşılaşmaqda israrlıdırlar. Bərabərində görünməmiş bir qüvvəsi vardır». Bu sözlər müşrikləri qorxuya salır və onlar geri dönürlər.
İKINCİ BƏDR döyüşü Uhud döyüşündən bir il sonra H. 4 ili Şaban ayında Əbu Sufyan Bədrdə görüşmək üçün müsəlmanlarla sözləşdi. Peyğəmbər – sallallahu aleyhi və səlləm -Abdullah b. Rəvaha Mədinədə naib təyin edərək 1500 nəfərnən Bədrə gəldi. Bayrağdar Əli -radiyallahu anhu – idi. 10 nəfərlik bir süvariləri də var idi. Əbu Sufyan Qorxu içində idi. Lakin 2000 döyüşçü və 500 süvari ilə Bədrə gəlir. Əbu Sufyan orduya: «Ey Qureyş topluluğu bolluq olan bir ildə gələrik. Heyvanlarınızı otladıb südlərindən içmiş olarsınız. Bu ili quraqlıqdır. Mən geri dönürəm siz də dönün» deyib geri dönürlər.
XƏNDƏK – H. 5-ci il (bu döyüşə həmçinin də Əhzab (dəstələr) döyüşü də deyilir). Salman Farisinin təklifi ilə xəndəklər qazılır. Qureyş Əbu Sufyanın başçılığı ilə 300 süvari, 1000 dəvəli 4000 nəfərlik bir ordu ilə gəlmişdilər. Bundan başqa Qatafan və onlara tabe olan digər Nəcd qəbilələri 6000 nəfərlik bir ordu ilə Uhud dağının Bathan vadisinin Kanat bölgəsində ordularını qurdular. «O, zaman onlar üstünüzə həm yuxarı, həm də aşağı tərəfdən hücum etmiş və (qorxudan) gözünüz hədəqəsindən çıxıb ürəyiniz ağzınıza gəlmişdir. Allah barəsində də müxtəlif fikirlərə düşmüşdünüz. Məhz onda (Xəndək vuruşunda) möminlər imtahana çəkilmiş və möhkəm sarsılmışdılar. Möminlər ordu hissələrini gördükdə dedilər: Bu Allah və Rəsulunun bizə olan vədidir. Allah və Rəsulu düz buyurmuşlar. Bu onların yalnız (Allaha) imanını və itaətini artırdı». (əl-Əhzab 10,11,22).
BƏNİ QUREYZƏ döyüşü dərhal Peyğəmbər – sallallahu aleyhi və səlləm – Xəndək döyüşündən döndükdən sonra Cəbrail – əleyhissəlam – gələrək ona Qureyzə yəhudilərinin üzərinə yürüməsini əmr etdi. Ummu Məktub Mədinədə naib buraxıldı. Ordu hazırlandı və yola düşdülər. İslam ordusunun bayrağdarı Əli – radiyallahu anhu – idi. Qureyzə Yəhudiləri öz qalalarına çəkilmişdilər. 25 gün mühasirədə qaldıqdan sonra aclıqdan təslim oldular. Burada əsirlərin öldürülüb öldürülməməsi xüsusunda Sad b. Muaz – radiyallahu anhu – hökm verir: «Kişiləri edam olunacaq, qadınları və uşaqları əsir almacaq və malları da müsəlman əskərləri arasında paylanacaqdır». Sadın bu hökmündən sonra Peyğəmbər – sallallahu aleyhi və səlləm – ona: «Ey Sad! Sən yeddi qat göylərin üstündən enən Allahın verdiyi hökmlə hökm verdin» deyə buyurdu. Dərə qazılır və öldürülərək ora atılır. Qureyzə yəhudilərinin sayı 400 (600) deyilir. Peyğəmbər -sallallahu aleyhi və səlləm – əsirlər arasında Zeyd b. Amrın qızı Reyhanəni alır və onu azad edərək evlənir.
BƏNİ MUSTƏLƏQ – Huzaə qəbiləsinin bir qolu idi. Huzaə qəbiləsi Peyğəmbər – sallallahu aleyhi və səlləm – kömək göstərərkən bunlar Qureyşə köməklik göstərirdilər. Xəbər çatır bu qəbilə Peyğəmbər – sallallahu aleyhi və səlləm – üzərinə hücum etmək istəyirlər. Peyğəmbər – sallallahu aleyhi və səlləm – xəbərin doğru olub olmadığım yoxlamaq üçün Bureydə b. Həsibi göndərir. O, da xəbər gətirir ki, hücuma hazırlaşırlar. Peyğəmbər – sallallahu aleyhi və səlləm – Mədinəyə Zeyd b. Hərisi naib buraxaraq döyüşə yollanır. 700 nəfər ilə. Mustələq orduları sahil boyu Fədid bölgəsində Mureysi adlanan bir suyun ətrafında toplanmışdılar. H. 6 Şaban ayında gecə vaxtı ani bir hücum ilə onların üzərinə hücum edərək hamısını məhv edirlər. Əsirlər arasında Mustələq qəbiləsinin başçısı Həris b. Əbi Dırarın qızı Cuveyriyyə də var idi. Peyğəmbər – sallallahu aleyhi və səlləm – Mədinəyə qayıtdıqda onu azad edir və İslamı qəbul etdikdən sonra onunla evlənir.
XEYBƏR – H. 7-ci ili Məhərrəm ayında Hudeybiyyə sülhündən sonra baş verir. (Bu sülh müqaviləsi isə 628-ci il Mart ayında Məkkə yaxınlığında Hudəybiyyə vadisində baş verir. Bu müqavilədə iştirak edənlərin sayı 1400, 1500 nəfər olur. Səmura ağacınm altında Ridvan beyəti olur). Döyüşdə iştirak edənlər Mədinəyə naib olaraq Suba b. Arfatə əl-Ğiffari olur. Ridvan beyətində beyət etmiş 1400 nəfər olur. Xeybər qalası üç tərəfdən möhkəm qalalarla əhatə olunmuşdur. Nata – Naim, Sab və Zubeyr qalaları, Kuteybə – Qamus, Vatim və Selalem, Şaq -Əba və Nəzzar qalaları. Biz Xeybərə çatdıqda düşmənlərin başçısı Mərhəb qılınc oynadaraq irəli çıxdı və:
QAD ALİMƏT XEYBƏRU ƏNNİ MƏRHƏB
ŞƏKİSSİLƏHİ BƏTALUN MUCƏRRABU
İZƏL HURUBU ƏQBƏLƏT TƏLƏHHƏBU
Artıq Xeybər tanıdı, bildi ki, Mərhəbəm mən!
Müharibə başlayıb, döyüş alovlanarkən,
Mahir silah ustası, təcrübəli ərəm mən!
Əmim Amir – radıyallahu anhu – onunla təkbətək döyüşmək üçün irəli çıxdı və:
QAD ALİMƏT XEYBƏRU ƏNNİ AMİRU ŞƏKİSSİLƏHİ BƏTALUN MUĞAMİRU
Artıq Xeybər tanıdı, bildi ki, Amirəm mən, Mahir silah ustası, çevik qəhrəmanam mən!
Təkbətək döyüş başladı və hər ikisi bir-birinə qılınc ilə zərbələr endirməyə başladılar. Mərhəbin qılıncı Amirin qalxanma dəydi. Amir də onu alt nahiyədən vurduqda qılıncı özünə qayıdaraq qolunun damarım kəsdi. Amirin ölümü də bu yaradan oldu. Mən gördüm ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm -in səhabələrindən bir neçəsi: «Amirin cihad əməli batil oldu, o özü-özünü öldürdü!» deyə danışırdılar. Mən ağlayaraq Peyğəmbər – sallallahu aleyhi və səlləm -in yanına gəldim və: «Ey Allahın Rəsulu! Amirin cihad əməli batil olub boşa getdimi?» deyə soruşdum. Peyğəmbər – sallallahu aleyhi və səlləm: «Bunu kim iddia edir?» deyə buyurdu. Mən: «Səhabələrdən bəziləri» dedim. O: «Bunu söyləyən yalan demişdir! Əksinə o, ikiqat savab qazanmışdır!» deyə buyurdu. Sonra Peyğəmbər – sallallahu aleyhi və səlləm – məni Əli -radıyallahu anhu – nu çağırmağa göndərdi. Əli – radıyallahu anhu – gözlərinin ağrısından əziyyət çəkirdi. Peyğəmbər: «Bu bayrağı (sabah) elə bir kimsəyə verəcəyəm ki, o Allahı və Rəsulunu sevir, Allah və Rəsulu da onu sevir!» deyə buyurdu. Mən Əli – radıyallahu anhu – nun yanına gəldim. Gözləri ağrıdığı üçün onun əlindən tutub Peyğəmbər – sallallahu aleyhi və səlləm -in yanına gətirdim. Peyğəmbər – sallallahu aleyhi və səlləm – Əli – radıyallahu anhu – nun gözlərinə tüpürərək dua etdi və onun gözləri dərhal sağaldı. Bayrağı ona verdi. Yəhudi Mərhəb irəli çıxaraq:
QAD ALİMƏT XEYBƏRU ƏNNİ MƏRHƏB
ŞƏKİSSİLƏHİ BƏTALUN MUCƏRRABU
İZƏL HURUBU ƏQBƏLƏT TƏLƏHHƏBU
Artıq Xeybər tanıdı, bildi ki, Mərhəbəm mən!
Müharibə başlayıb döyüş alovlanarkən,
Mahir silah ustası, təcrübəli ərəm mən.
Onun sözlərinə cavab olaraq Əli – radıyallahu anhu – dedi:
ƏNNƏLLƏZİ SƏMMƏTOİ UMMİ HƏYDƏRAH
KƏLƏYSİ ĞABƏTİN KƏRİHİL MƏNZARAH
UFHİMU BİSSAİ KƏYLƏSSƏNDƏRAH
Anamın Heydər (aslan) adlandırdığı mənəm,
Meşələr aslanı tək zəhimli görkəmliyəm, Düşmənləri pərən-pərən edib tez öldürərəm!
Şeri oxuyaraq döyüşə atıldı və Mərhəbin başından qılınc ilə vuraraq onu öldürdü. Bundan sonra Xeybər məhz Əli – radıyallahu anhu – nun iki əli ilə alındı10. (Başqa rəvayətdə: «Peyğəmbər -sallallahu aleyhi və səlləm – Əli – radıyallahu anhu – nun gözlərini müalicə etdikdən sonra Əli: «Ya Rəsulullah! Xeybər Yəhuduləri ilə onlar da bizim kimi (müsəlman) olana qədər vuruşacağam» dedi. Peyğəmbər: «(Ey Əli!) Onların sahəsinə girdiyin zaman yavaş-yavaş yeri. Sonra onları İslama dəvət et və üzərilərinə vacib olan İslam əsaslarını onlara xəbər ver. Allaha and olsun ki, (ya Əli!) tək bir nəfəri sənin səbəbinlə Allah hidayətə yönəldərsə bu sənin üçün qırmızı dəvələrdən də xeyirli olar!» deyə buyurdu11. Bu qalaların hər birisi müsəlmanlar tərəfindən ələ keçrilir. Döyüş nəticəsində Yəhudilərdən 93 nəfər öldürülür, müsəlmanlardan isə 15 nəfər şəhid olur. Bu döyüşdə eşşək əti və siğə haram edilir. Bu döyüşdə Peyğəmbər – sallallahu aleyhi və səlləm – i bir yəhudi qadın zəhərləyir. Bundan sonra Fədək yəhudiləri də, Vadi Kura yəhudiləri də, Teymə yəhudiləri də Peyğəmbər – sallallahu aleyhi və səlləm -ə təslim olurlar.
ZATUR RİQA döyüşü H. 7, 626-cı ilində Peyğəmbər – sallallahu aleyhi və səlləm -Xeybərdən döndükdən sonra baş vermişdir. Enmar, Saləbə, Muharib oğullarının döyüş üçün toplandıqlarını xəbər aldıqda Mədinəyə Osman – radıyallahu anhu -nu naib təyin edərək 700 nəfərlik ordu ilə hərəkətə keçdi. Üzbəüz gələn ordular bir-birilərindən çəkindikləri üçün döyüşmədən geri dönürlər. Zatur Riqa adlanmasının səbəbi isə müsəlmanların ayaqlarını daşlar əzdiyi üçün ayaqlarına bezlər bağladıqları üçün bu adı almışdır12.
FƏTH Məkkənin fəth edilməsinə bu hadisə səbəb olmuşdur. Hudeybiyyə sülhündən sonra Huzaə qəbiləsi müsəlmanlarla ittifaqa girmiş və Peyğəmbər – sallallahu aleyhi və səlləm -in himayəsinə girmişdir. Bəkr oğulları isə Qureyşin himayəsinə keçmişdilər. Bu iki qəbilə arasında çoxdan bəri davam edən qan davası var idi. İslamın gəlməsi ilə yatan bu düşmənlik Hudeybiyyədən sonra yenə də baş qaldırdı. Bəkr oğulları gizlin olaraq gecə ilə Huzaə qəbiləsinə hücum edərək
iyirmiyə yaxın adam öldürürlər. Qureyş bu işdə Bəkr oğullarına silah ilə dəstək olmuşdur. Qureyş bundan sonra etdiyi işə peşman olmuşdur. Dərhal Əbu Sufyan Mədinəyə gələrək barış istədi. İlk öncə qızı, möminlərin anası Ummu Həbibə – radıyallahu anhə -nin yanına gəldi. Peyğəmbər -sallallahu aleyhi və səlləm -in döşəyində oturmaq istədi. Lakin Ummu Həbibə – radıyallahu anhə – həmən döşəyi çəkdi. Əbu Sufyan: «Balam! Döşəyi mənəmi yaraşdırmadm, yoxsa məni döşəyə yaraşdırmadın» dedi. Ummu Həbibə: «Bax, ata bu döşək Peyğəmbər – sallallahu aleyhi və səlləm -ə məxsusdur. Sən bütlərə ibadət etdiyin üçün pissən. Peyğəmbər – sallallahu aleyhi və səlləm -in döşəyində oturmağını istəmədim» deyə sərt cavab verdi. Oradan Peyğəmbər – sallallahu aleyhi və səlləm -in yanına getdi. Vəziyyəti ona izah etməyə çalışdı. Lakin Peyğəmbər – sallallahu aleyhi və səlləm – heç bir cavab vermədi. Çarəsizlikdən ayrılaraq bu dəfə Əbu Bəkr, sonra Ömər, sonra isə Əli (Allah onlardan razı olsun) yanına gəldi. Lakin üçündən də eyni rədd cavabını aldı. Əbu Sufyan əliboş Mədinəni tərk etdi. H. 8-ci ildə 10 min mücahid ilə Mədinədən çıxaraq Məkkəni fəth edir. İbn Qeyyim – rahmətullahialeyhi – deyir ki: «Bu ən böyük fəthlə Allah, dinini, elçisini, ordusunu və hizbini əziz etdi. Aləmlərə hidayət etdiyi yerini və evini kafir və müşriklərin əlindən qurtardı. Bu göy əhlinin sevinci və müjdə duyduğu, insanların dəstə-dəstə Allahın dininə giriş qapıları açıldığı, yer üzünün aydınlıq və sevinclə gülümsədiyi bir fəthdir. Peyğəmbər – sallallahu aleyhi və səlləm -Rəhmanm ordusunu H. 8-ci il Ramazan ayının 10-cu günü hərəkətə keçdilər. Mədinədə yerinə Əbu Ruhm Gülsüm b. Hüseyn əl-Ğifarini, bəzi rəvayətlərə görə Ummu Məktubu buraxdı». Yola çıxdığı zaman oruclu idi. Lakin yolda oruclarmı açırlar. Peyğəmbər – sallallahu aleyhi və səlləm -Məkkəyə savaşsız və müqavimətsiz girmək istəyirdi. Lakin Bədrdə iştirak edən müsəlmanlardan biri Xatib b. Əbi Bəlta Məkkədə olan müşriklərdən bir qrupuna Peyğəmbər – sallallahu aleyhi və səlləm —in Mədinədən çıxması haqda bir qadın vasitəsilə məktub göndərir. Peyğəmbər – sallallahu aleyhi və səlləm – Əli, Zubeyr və Miqdad (Allah onlardan razı olsun) bu qadının dalıyca göndərdi. Səhabələr məktubu götürərək Peyğəmbər – sallallahu aleyhi və səlləm -in yanına gəldilər. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Ey Xatib, bu nədir?». Xatib: «Ey Allahın Rəsulu! Mənim üstümə qəzəblənməkdə tələsmə, sənə başa salaram. Bilirsiniz ki, Qureyş arasında qohum-əqrabası olmayan birisiyəm. Onlardan da deyiləm, qəribəm. Səninlə olan mühacirlərin də orada əqrabaları vardır ki, onlar mallarını və ailələrini qoruyurlar. Lakin mənim malımı və ailəmi orada qoruyacaq bir kimsə yoxdur. Ona görə də onlardan ailəmin qorunması üçün təminat almaq istədim. Yoxsa bu işi kafir olduğumdan, dindən döndüyümdən, İslama girdikdən sonra küfrə riza göstərdiyimdən dolayı etmiş deyiləm. Belə bir şey ağlımdan belə keçməyib». Peyğəmbər: «Bu adam sizə doğru söylədi» deyə buyurdu. Ömər: «Məni burax bu münafiqin boynunu vurum» dedi. Peyğəmbər: «Bədirdə iştirak edən səhabəni, nə bilirsən bəlkə də Allah Bədr əhlinə muttali olub buyurmuşdu: İstədiyinizi edin, Mən sizi bağışladım». Bundan sonra ayə nazil oldu: «Ey iman gətirənlər! Nə mənim düşmənimi, nə də özünüzün düşmənini dost tutun! Onlar sizə gələn haqqı inkar etdikləri halda siz onlarla dostluq edir, mehribanlıq göstərirsiniz. Siz Rəbbiniz olan Allaha iman gətirdiyiniz üçün onlar Peyğəmbəri və sizi (Məkkədən) çıxardırdılar. Əgər siz mənim yolumda və Mənim rizamı qazanmaq uğrunda cihada çıxmısınızsa (Mənim düşmənlərimi dost tutmayın). Siz onlarla gizlində dostluq edir, onlara sirr verirsiniz. Mən sizin gizli saxladığınız və aşkar etdiyiniz hər şeyi bilirəm. Sizdən kim bunu etsə o, şübhəsiz ki, haqq yoldan azmışdır» (əl-Mumtəhunə l)13. Mərruz Zəhrana gəldilər. Peyğəmbər – sallallahu aleyhi və səlləm – əskərlərə atəş yandırmalarını əmr etdi. Beləcə on min atəş yandırıldı. Bu arada Qureyş liderlərindən Əbu Sufyan, Həkim b. Hizam, Budeyl b. Varka yaxınlaşan İslam ordusu haqqında xəbər toplamaq üçün Məkkənin kənarına çıxdılar. Əbu Sufyan: «Ömrümdə belə bir işıqlı gecə, belə böyük bir ordu görməmişdim» dedi. Müsəlman əskərləri tərəfindən əsir alınırlar. Əbu Sufyan İslamı qəbul edir14. Məkkədə 360 bütü sındırır. «Haqq gəldi batil yox oldu. Çünki batil yoxluqa məhkumdur» (əl-İsra 81).
HUNEYN – H. 8-ci il Şəvval ayının 6-sı Məkkənin fəthindən 16 gün sonra. Həvazin (başçıları Malik b. Afv), Səkif və Bəni Nasr (başçıları Dureyd b. Simmə) qəbilələri birləşərək belə qərara gəlirlər ki: Muhəmmədin ordusu bizə hücum etməzdən əvvəl bizlər onlara hücum edək». Bu döyüş üçün 12 minlik müsəlman ordusu yığılmışdır. Müsəlmanların çoxluğunu görən bəzi səhabələr: «Bundan sonra bizlər əsla məğlub olmarıq» dedilər. Bu döyüşdə müsəlmanlar ilk olaraq məğlub olsalar da sonda Allah onlara zəfəri müyəssər etdi. Huneyndə məğlub olan müşriklər üç tayfaya bölündülər. Çox hissəsi Taifə sığındılar, bir qismi Nəhlə və bir qismi də Əvtasa sığınaraq döyüş halını aldılar. Peyğəmbər – sallallahu aleyhi və səlləm – Əvtasa Əbu Musa əl-Əşarinin əmisi Amirin başçılığı ilə qoşun göndərdi ki, onlar da müşrikləri dağıdaraq əllərində olan malları da qənimət
olaraq götürdülər. Bir dəstə müsəlman da Nəhlə qaçan müşrikləri də təqib edərək onları da dağıtdılar.
TAİF – Malik b. Afvın başçılığı ilə müşriklər Taif qalasına sığındılar. Yanlarında da bir il onlara bəs edəcək qədər ərzaqları da var idi. Müsəlmanlar qalanı mühasirəyə aldılar. 20 gün davam edən mühasirə heç bir xeyir gətirmədi. Bundan sonra Peyğəmbər – sallallahu aleyhi və səlləm – dua edərək: «Allahım! Sakiflərə hidayət ver və onları bizə müsəlman olaraq gətir». Kim qaladan çıxaraq İslamı qəbul edərsə o, kimsə azad buraxılacaq əhli-əyalı ilə birlikdə. Bir müddətdən sonra Həvazin, Sakif tayfaları gələrək İslamı qəbul etdilər və Peyğəmbər – sallallahu aleyhi və səlləm -onlara toxunmayıb azad etdi.
TƏBUK – Mutə döyüşündə məğlub olmuş Rumlular çox məyus olmuşdular. Buna görə də yenidən qüvvələrini səfərbər edərək toplandılar. Bu xəbər müsəlmanlara çatdı. Döyüşə hazırlıq başlandı. Əbu Bəkr – radıyallahu anhu – bütün malını gətirərək Allah yolunda verdi. Peyğəmbər: «Bəs ailən üçün nə saxladın?» deyə buyurdu. O: «Allah və Rəsulunun sevgisini» deyə cavab vermişdi. Eynilə Ömər – radıyallahu anhu – malının yarısını gətirmişdi. Həmçinin Osman -radıyallahu anhu – bu döyüş üçün 10 min dinar, 300 dəvə və 50 at vermişdi. Peyğəmbər: «Bu gündən sonra Osmana etdiyi heç bir şey zərər verməz» deyə buyurdu. Peyğəmbər – sallallahu aleyhi və səlləm – ailəsi üzərinə Əli – radıyallahu anhu -nu qoydu. Münafiqlər Əli – radıyallahu anhu -nu ələ salaraq: «Qocalar, qarılarla qalmısan» dəyə şayiələr buraxdılar. Buna dözə bilməyərək Peyğəmbər – sallallahu aleyhi və səlləm -in yanına gəldərək: «Məni uşaqlar və qadınlarla buraxırsan?» dedi. Peyğəmbər – sallallahu aleyhi və səlləm – ona: «Sənin mənə görə durumun Harunun Musaya görə durumu kimi olmasına razı deyilsən? Lakin məndən sonra heç bir Peyğəmbər gəlməyəcəkdir»15 bu sözləri deyərək geri göndərdi. Mədinədə Muhəmməd b. Məsləməni naib buraxaraq 3000 nəfərlə Təbuka doğru hərəkətə keçdi. İslam ordusunun böyük bayrağını Əbu Bəkr – radıyallahu anhu -ya verdi. Müsəlman ordusu Təbuka çatdı. Lakin qarşılarına heç kəs çıxmadı. 20 gün orada qaldıqdan sonra geri qayıtmağı qərarlaşdırdılar. Bu döyüşdə həmçinin Kəb b. Məlik və iki Bədrdə iştirak edən Murrə b. Rabia əl-Əşari və Hilal b. Umeyyə əl-Vəqifi (Allah onlardan razı olsun) üzürsüz olaraq döyüşə getməmələri hadisəsi də baş vermişdir. Bu döyüşə qatılmayan 80 yaxın adam Peyğəmbər – sallallahu aleyhi və səlləm -in yanına gələrək üzürxaqlıqlarını bildirdilər. Peyğəmbər – sallallahu aleyhi və səlləm -də onların zahirinə baxaraq üzürxaqlıqlarını qəbul edib iç üzlərini Allaha həvalə edərək onlar üçün bağışlanma dilədi. Peyğəmbər – sallallahu aleyhi və səlləm – üç nəfərin doğru söylədiyini xəbər verərək onlarla Allahın əmri gəlincəyə qədər danışmamaq, salam verib almamaq əmrini verdi. Düz qırx gündən sonra Allah onlar barəsində ayə nazil edir və onların tövbələrinin qəbul olunduğunu bildirir: «Allah çətin saatda bir qisminin ürəyi (şəkk-şübhəyə düşüb peyğəmbərdən və cihaddan) dönmək üzrə ikən Peyğəmbərə, onun ardınca gedən mühacirlərə və ənsara tövbə nəsib etdi. Sonra Allah onlara qarşı şəfqətli və mərhəmətli olduğu üçün tövbələrini qəbul buyurdu. Həmçinin (Təbuk döyüşündən) geri qalmış üç nəfərin də (tövbələrini qəbul etdi). Belə ki, gen dünya onlara dar olmuş, ürəkləri (qəm-qüssədən) təngə gəlib sıxılmışdı. Onlar Allahdan (Allahın əzabından) yalnız onun özünə sığınmağın mümkün olduğunu başa düşdülər. Allah onlara tövbə etmək üçün tövbə nəsib etdi. Şübhəsiz ki, Allah tövbələri qəbul edəndir və rəhimlidir. Ey iman gətirənlər! Allahdan qorxun və (imanında, sözündə, işində) doğru olanlarla olun!». (ət-Tövbə 117-119).
ZATUL SƏLƏSİL döyüşü Mutə döyüşündən bir ay sonra H. 8 ildə olmuşdur. Peyğəmbər -sallallahu aleyhi və səlləm – Şam ərəblərinin Roma ordularına qatılmasının qarşısını almaq və onları tərəfinə çəkmək üçün Amr b. əl-Asın – radıyallahu anhu -nun başçılığı ilə 300 nəfərlik ordu hazırladı. Lakin Şama gəldikdə onların çox olduğunu gördükdə Peyğəmbər – sallallahu aleyhi və səlləm -dən dəstək istədi. Əbu Ubeydə b. Cərrah – radıyallahu anhu -nun başçılığı ilə 200 nəfərlik heyət də göndərildi. İslam ordusu qalib gəldi. Sələsil Vadi Kurada bir suyun adı idi.
Bu döyüşlərdən dördündə mələklər müsəlmanlara kömək ediblər. Bədr, Uhud, Xəndək, Huneyn.

1 Buxaridə gələn rəvayətdə 19 döyüşdə iştirak etdiyi bildirilir 3949. 2Buxari3141,3926.
3Buxari 3995.
4Buxari 3992.
5 Buxari.
6Buxari 4072.
7Bəni Kinanə qəbiləsinin ibadət etdikləri bütün adıdır. Kəbədə yerləşirdi.
8Buxari 3039, Təfsir Ali İmran 10, Məğazi 9,17,20, Əbu Davud 2662.
9Buxari4055.
10Müslim 1807.
11Buxari «Xeybər döyüşü babı», Müslim 2406.
12Buxari4128.
13Buxari 7/592.
14Buxari 7/597-598.
15 Buxari, Müslim.

Hazırlayan:
Kamal Hüseyn
www.islamevi.az

Bənzər Məqalələr