featured-image-843

• Peyğəmbər (s.ə.s) buyurmuşdur: Bir adam, İslamda gözəl bir sünnə buraxar və bu gözəl sünnə həmin adamdan sonra da davam etdirilərsə; ona davam edənlərin qazandıqları savabların misli öz savabları azalmadan həmin sünnəni ilk başladanın lehinə yazılır. Kim də pis bir sünnə başladar və ondan sonra da bu pis adət tətbiq edilərsə, onu davam etdirənlərin günahlarının misli öz günahları əksilmədən həmin pis sünnəni ilk başladanın üzərinə yazılır. (Səhihi-Müslim, Kitabuz-Zəkat, Hədis no; 69 1017.)

• Peyğəmbər (s.ə.s) buyurmuşdur: (Sui) Zənn etməkdən uzaq durun. Çünki, sui-zənn etmək, sözlərin ən yalanıdır. Bir-birinizin danışıqlarına (gizli-gizli) qulaq asmayın. Bir-birinizin gizli hallarını araşdırmayın. Bir-birinizlə mənfəət yarışına girməyin. Bir-birinizə həsəd etməyin. Bir-birinizə kin bəsləməyin. Bir-birinizə arxa çevirməyin. Ey Allahın qulları! Qardaş olun. (Səhihi-Müslim, Kitabul-Birr, Hədis ? 289 (2563))

• Əbu Səid əl-Xudri (r.a) rəvayət olunur: Səfərə çıxan iki yoldaşın yanlarında su yox idi. Təyəmmüm edib, namazlarını qıldılar. Daha sonra namaz vaxtı çıxmadan su tapdılar. Onlardan biri abdəst alıb, təyəmmümlə qılmış olduğu namazını yenidən qıldı, digəri qılmadı. Hadisəni Rəsulullaha danışdıqlarında Rəsulullah (s.ə.s), namazını yenidən qılmayan səhabəyə; “sən sünnəyə uyğun davrandın, namazın tamamdır” buyurdu. Namazını təkrar qılan səhabəyə də; “sənə iki qat savab var” dedi.

• Aişədən (r.a.) rəvayət olunan hədisdə Peyğəmbər (s.ə.s) demişdir: «Bizim etdiyimiz əməllərə yenilik əlavə edən kimsənin əlavəsi rədd olunur»( «Muslimin Səhih əsəri, 4467)

Hazırlayan:
Gültəkin Abdullayeva
www.islamevi.az

Bənzər Məqalələr

media-img_5646

Allahın elçisi ﷺ müxtəlif hədislərində Allah qatında xeyirli və yaxşı insanların kimlər olduğuna dair belə demişdir: «Ən xeyirliniz Quranı öyrənən və öyrədəndir.» (Sahih əl-Buxari, 5027). «Ən xeyirliniz əxlaqı ən gözəl […]
Daha ətraflı