featured-image-823

• Peyğəmbər (s.ə.s) buyurmuşdur: “Münafiqin əlaməti üçdür: Söz söylərkən yalan söylər, vəd etdiyi zaman sözündə durmaz, ona bir şey əmanət edəndə ona xəyanət edər” (Buxari 1/14; Müslim, HN. 107; Tirmizi 2766; Nəvəvi, Sünən, Beyrut 1986, 8/116, HN; 5021)

• Əbu Hüreyrə (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “Həlak edici yeddi şeydən çəkinin” “Ya Rəsulallah! Onlar nədir?” deyə soruşuldu. Rəsulullah buyurdu ki: “Allaha şirk qoşmaq, sehr etmək; bir haqq qarşılığı olmaq müstəsna, Allahın, qətlini haram qıldığı bir nəfsi (canı, həyatı) öldürmək, yetim malı yemək, faiz yemək, düşmənə hücum əsnasında müharibədən qaçmaq və zinadan uzaq olub, onu xatirindən belə keçirməyən müsəlman qadınlara zina iftirasını atmaq.” (Səhihi-Müslim, Hədis No: 145

• İbn Ömər (r.a) rəvayət edilir: Rəsulullah (s.ə.s), bədənimin bir tərəfindən tutaraq belə buyurdu: “Dünyada sanki bir qərib, hətta yoldan keçən bir yolçu kimi ol və özünü qəbir xalqından say.” İbn Ömər, eyni zamanda (Rəsulullahın ona belə buyurduğunu da) mənə danışdı: “Sabaha çıxdığın zaman özünə axşamın sözünü danışma, axşama çıxdığın zaman da özünə sabahın işindən danışma. Xəstələnmədən əvvəl sağlamlığının və ölmədən də əvvəl həyatının tədbirini al. Ey Abdullah, çünki, sən sabah adının (xoşbəxtmi, bədbəxtmi) nə olacağını bilə bilməzsən.” (Səhihi-Müslim, Hədis No: 145)

• Əbu Zərr (r.a.) rəvayət edir: Rəsulullah (s.ə.s), Allah Təaladan rəvayət etdiyi qüdsi hədisdə Allah Təala belə buyurdu: “Mən zülm etməyi özümə haram etdim. Onu sizin aranızda da haram etdim. Elə isə bir birinizə zülm etməyin… Ey bəndələrim! Sizin üçün əməllərinizi saxlayar, sonra da bunların əvəzini nöqsansız olaraq verirəm. Elə isə yaxşılıq edən Allah Təalaya həmd etsin, pislik edən isə ancaq özünü pisləsin.” (Səhihi-Müslim, c.IV. səh. 1994)

• İbn Abbasdan rəvayət edildiyinə görə Allah Rəsulu (s.ə.s) belə buyurdu: “İnsanların çoxunun aldandığı və qiymətini bilmədiyi iki nemət vardır: Sağlamlıq və boş vaxt.” (Səhihi-Buxari, Riqaq Kitabı, c. VII, səh. 170)

• Əbdürrəhman ibn Yəziddən (r.a.) rəvayət edilir: “Biz böyük və kiçik ayaqyoluna çıxarkən qibləyə qarşı durmaqdan qadağan olunduq.” (Sünəni-Tirmizi, Təharət Babı, Hədis: 16)

• Ömər ibn Xəttab (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “Əməllər ancaq niyyətlərə görədir. Hər kimsənin niyyəti nə isə, o da onun əlinə keçəcək. Artıq kim Allah Təala və Rəsulu üçün hicrət edərsə, hicrəti Allah Təala və Rəsulu üçün olmuş olar. Hər kim də əldə edəcəyi bir dünya (mənfəəti) və ya evlənəcəyi bir qadın üçün hicrət edərsə, hicrəti hicrət etdiyi şeyə görədir.” (Səhihi-Müslim, İmarə Kitabı, c. VII, səh. 112)

• Peyğəmbər (s.ə.s) buyurmuşdur: Sərxoşluq verən hər içki haramdır. Sərxoş edən hər içki haramdır. (Səhihi-Müslim, Əşribə Kitabı, Hədis: 67, 68, 69)

• Əbu Hüreyrənin (r.) belə dediyi rəvayət olunub : Allahın elçisi (s.ə.s) dedi: «Həqiqətən, Allah belə dedi “Kim mənim bir övliyama düşmənçilik etsə, Mən ona müharibə elan edərəm. Qulumun Mənə ya?ınlıq etməsi üçün Mənim ona fərz buyurduqlarımı yerinə yetirməkdən sevimli heç bir vasitə ola bilməz. Nə qədər ki, qulum Mənə nafilə (əlavə) ibadətlərlə ya?ınlıq edir, Mən onu sevərəm. Elə ki, onu sevdim, onun eşidən qulağı, görən gözü, tutan əli, gəzən ayağı olaram. O Məndən bir şey istəsə, verərəm. Mənə pənah gətirsə ona sığınacaq verərəm. Onun Mənə aid hər bir şeydə istədiyini tərəddüd etmədən verərəm. Yalnız ölmək va?tı çatanda ölümü zəruri olan, lakin ölmək istəməyən, Mənim də pisliyini istəmədiyim mömin bəndəmin ruhunu bədənindən çı?aranda tərəddüd edərəm”» «Əl-Buxari 11/340, 6502»

• Abdullah bin Abbas (r.a) rəvayət edir ki, As ibn Vail düzənlikdə bir sümük götürüb onu ufalayıb xırda-xırda tikələr etdi və Peyğəmbərə (s.ə.s) dedi: «Məgər Allah bu çürümüş sümüyü əvvəlki halına qaytara bilər?» Peyğəmbər(s.ə.s) dedi: «Bəli, O səni öldürəcək, sonra dirildəcək və daha sonra Cəhənnəmə vasil edəcəkdir» «İbn Kəsirin Təfsiri, 3-cü cild, səh.581» «Hakim Müstədrək əsəri, 2-ci cild, səh.429»

• Əbu Hüreyrədən (r.a) rəvayət olunan hədisdə Peyğəmbər (s.ə.s) demişdir: «Kişinin (və ya qadının) islamının gözəlliyi, ona aid olmayan şeyləri tərk etməsindədir» «ət-Tirmizi, 2317-ci hədis»

Hazırlayan:
Gültəkin Abdullayeva
www.islamevi.az

Bənzər Məqalələr

media-img_5646

Allahın elçisi ﷺ müxtəlif hədislərində Allah qatında xeyirli və yaxşı insanların kimlər olduğuna dair belə demişdir: «Ən xeyirliniz Quranı öyrənən və öyrədəndir.» (Sahih əl-Buxari, 5027). «Ən xeyirliniz əxlaqı ən gözəl […]
Daha ətraflı