featured-image-806

• Ənəs (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “Hər kimdə üç xüsusiyyət olsa, o kimsə bu xüsusiyyətlə imanın ləzzətini dadar: Allah Təala və Rəsulu ona hər şeydən daha sevimli olmaq, sevdiklərini ancaq Allah Təala rizası üçün sevmək, Allah Təala onu küfrdən xilas etdikdən sonra yenə küfrə dönməkdən atəşə atılmasından xoşlanmadığı kimi xoşlanmamaq.” (Səhihi-Buxari, İman Kitabı, c. 1, səh. 9, 11)

• Ənəs (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “Heç biriniz; mən ona uşağından, atasından və bütün insanlardan daha sevimli olmadıqca iman etmiş sayılmaz” (Səhihi-Buxari, İman Kitabı c. 1, səh. 9; Səhihi-Müslim, İman Kitabı, 70)

• Ubadə ibn Samit (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “Hər kim Allah Təalaya qovuşub onu görməyi sevərsə Allah Təala da ona qovuşub onu görməyi istəyər. Hər kim də Allah Təalaya qovuşmaqdan xoşlanmazsa, Allah Təala da ona qovuşmağı istəməz.” (Səhihi-Buxari, Riqəq Kitabı, c. VII, səh. 191; Səhihi-Müslim, Zikr və Dua Kitabı, Hədis: 2683)

• Əbu Hüreyrə (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “Yeddi qrup insan vardır ki, Allah Təala onları ərşin kölgəsindən başqa bir kölgə olmadığı qiyamət günündə öz kölgəsində saxlayacaqdır. Bunlar: 1. Adil imam (yəni idarəçi), 2. Allah Təalaya ibadət edərək böyüyən gənc, 3. Qəlbi məscidlərə bağlı olan insan, 4. Allah Təala üçün bir birini sevən, Allah Təala yolunda birləşən və Allah Təala yolunda ayrılan iki nəfər, 5. Məqam sahibi və gözəl bir qadının əxlaqsız dəvətini rədd edən kişi, 6. Sədəqə verən, ancaq sağ əlinin verdiyi sədəqəni sol əli bilməyəcək şəkildə gizləyən kimsə, 7. Tənha yerdə Allah Təalanı zikr edib və göz yaşı tökən kimsə.” (Səhihi-Buxari, Zəkat Kitabı, 17; Səhihi- Müslim, Zəkat Kitabı, 30)

• İrbad ibn Sariyə (r.a.) rəvayət edir ki, Peyğəmbər (s.ə.s) səhabələrə (r.a.) tövsiyə edərək demişdir: «Sizə Allahdan qorxmağı (təqvalı olmağı), üzərinizdə qəyyum olan rəhbəri dinləyib itaət etməyi tövsiəyə edirəm! Həqiqətən məndən sonra yaşayanlarınız çoxlu ixtilaflar görəcəklər. O zaman mənim və raşidi xəlifələrimin yolu ilə gedin. Bu yoldan azı dişlərinizlə bərk yapışın. (Burada Peyğəmbər – səllallahu aleyhi və səlləm – bu yoldan dönməməyin son dərəcədə vacib olduğunu vurğulamışdır.) Dinə əlavə olunmuş yeniliklərdən (bidətlərdən) çəkinin! Həqiqətən hər bir bidət insanı zəlalətə aparır!» «Əbu Davudun Sünən əsəri, 4607» «Tirmizinin Sünən əsəri, 2676» «Əhmədin Müsnəd əsəri, 4/126-127»

Hazırlayan:
Gültəkin Abdullayeva
www.islamevi.az

Bənzər Məqalələr

media-img_5646

Allahın elçisi ﷺ müxtəlif hədislərində Allah qatında xeyirli və yaxşı insanların kimlər olduğuna dair belə demişdir: «Ən xeyirliniz Quranı öyrənən və öyrədəndir.» (Sahih əl-Buxari, 5027). «Ən xeyirliniz əxlaqı ən gözəl […]
Daha ətraflı