Təşriq günləri – Qurban bayramdan sonrakı üç günə (Zilhiccə ayının 11-ci, 12-ci və 13-cü günləri –red.) deyilir. Zilhiccə təkbirlərini – bayram günlərində zaman seçimi olaraq məhdud və qeyri-məhdud formada söyləmək tövsiyə olunmuşdur. Qeyri-məhdud formada olan təkbir zikrlərini Zilhiccə ayının başlanğıcından sonuncu təşriq gününə qədər istənilən zaman və istənilən anda söyləmək olar. Bu günlərdə təkbir zikrlərini çoxaltmaq, Zilhiccə ayının ən önəmli və ən özəl əməllərindən hesab olunur.

Məhdud təkbir zikri isə, Ərəfa günü sübh namazından başlayaraq sonuncu Təşriq gününün Əsr (ikindi) namazına qədər – gündəlik fərz namazlarından sonra söyləmək olar. Bu cür etməyin icazəli olmasına dair dəlil – İcma (İslam alimlərinin ortaq fikri) və səhabələrin (Allah onlardan razı olsun) əməlidir. Zilhiccə, xüsusən də Qurban bayramı günləri – Allahın Adının ucaldılaraq təkbir zikrlərinin bol-bol edildiyi əzəmətli və simvolik günlərdir.

 

 


Təkbir – Allahu Əkbər zikri

Zilhiccə təkbirləri – Allahu Əkbər! Allahu Əkbər! Allahu Əkbər! Lə iləhə illəllah! Allahu Əkbər! Allahu Əkbər! va lilləhil-həmd!

Bənzər Məqalələr