“Onlar (bənu İsrail) özlərinə verilən öyüd-nəsihəti unutduqları zaman biz də pis işlərdən çəkindirənləri (nəsihət edənləri/doğru yola çağıranları) xilas etdik və zülm edənləri işlədikləri günahlara görə şiddətli bir əzabla yaxaladıq.” (Əraf, 165)

Allahın dininə çağırmaq, pis işlərdən çəkindirmək – bəla və müsibətlərdən qorunmaq üçün ən əsas səbəblərdən biridir. İnsanları çağırmış olduqları xeyirli əməllərin bərəkətindən ilk faydalanacaq kəslər də, məhz onlardır. Çünki, xeyir dəvətçiləri – bütün cəmiyyətlərin ən faydalı insanlarıdırlar. Beləliklə: elm, hikmət, əxlaq və səbrlə Yaradanın yoluna çağıran bu xeyir dəvətçiləri, Uca Allah tərəfindən himayə altına alınar, qorunar, bu çətin yolda əsla yanlız buraxılmaz, duaları qəbul olunar və qəlblərinə xoşbəxtlik bəxş edilər. Bu səbəblə də, Allaha iman etmiş kəs, daima oxumağa, öyrənməyə, səbr və hikmətlə insanlara/cəmiyyətə fayda verən insanlardan olmağa çalışmalıdır.

 

 

Ayxan Yaquboğlu

Share Button
Tarix: 13.06.2021 | Oxunma sayı: 175 baxış