Əbu Təyyah rəvayət edir: Mən Abdur-Rahmən b. Xanbəş ət-Təmimi (Allah ondan razı olsun) yaşlı ikən ondan soruşdum:

“Sən Allah Elçisini görmüsənmi?” O: “Bəli” – dedi. Mən soruşdum: “Şeytanların Allahın Elçisinə hiylə qurduğu gecə o nə etdi?” O dedi: “Həqiqətən, o gecə şeytanlar vadilərdən axışaraq Allah Elçisinə hücum etdilər. Onların arasında olan bir şeytan əlində məşəl tutaraq Allah Elçisinin üzünü yandırmaq istəyirdi. Belə olan təqdirdə Mələk Cəbrayıl onun yanına enərək buyurdu: “Ey Muhəmməd, de!” O: “Nə deyim?” – deyə soruşdu. Cəbrayıl buyurdu:

 

أَعُوذُ بِكَلِمَاتِ اللهِ التَّامَّاتِ الَّتِي لاَ يُجَاوِزُهُنَّ بَرٌّ وَلاَ فَاجِرٌ مِنْ شَرِّ مَا خَلَقَ، وَبَرَأَ وَذَرَأَ، وَمِنْ شَرِّ مَا يَنْزِلُ مِنَ السَّمَاءِ، وَمِنْ شَرِّمَا يَعْرُجُ فِيهَا، وَمِنْ شَرِّ مَا ذَرَأَ فِي الأَرْضِ، وَمِنْ شَرِّ مَا يَخْرُجُ مِنْهَا، وَمِنْ شَرِّ فِتَنِ اللَّيْلِ وَالنَّهَارِ، وَمِنْ شَرِّ كُلِّ طَارِقٍ إِلاَّ طَارِقاًيَطْرُقُ بِخَيْرٍ يَا رَحْمَنُ

 

(Transkr) “Əuzu bikəlimətilləhit-təmmətilləti lə yucəvizuhunnə bərrun va lə facirun min şərri mə xaləqa. Va bəraə va zəraə, va min şərri mə yənzilu minəs-səmi va min şərri mə yə’rucu fihə va min şərri mə zəraə fil-ardi. Va min şərri mə yəxrucu minhə va min şərri fitənil-leyli van-nəhəri va min şərri kulli tariqin illə tariqan yətruqu bixayrin yə Rahmən.”

(Tərc) “Yaratdıqlarının şərindən, səmadan nazil olanların və oraya yüksələnlərin şərindən, yerə əkdiklərinin və oradan çıxanların şərindən, gecənin və gündüzün fitnələrinin şərindən, – gecə xoş xəbərlə gələn müstəsna olmaqla – gecə gələnlərin hər birinin şərindən – həm itaətkarın, həm də günahkarın möhtac olduğu Allahın tam kəlmələrinə sığınıram Ey Rəhman!”

Bundan sonra onların alovları söndü və Uca Allah onları darmadağın etdi.”

 

(Sahihut-Tərğib, 1602)

Share Button
Tarix: 06.01.2021 | Oxunma sayı: 1. 202 baxış