Dəyərli xeyirsevərlər və saytımızın izləyiciləri, hər birinizi salamlayırıq. Mart ayında (31-i) kiçik bir qrupla başladığımız yardım aksiyası qısa zamanda dünyanın dörd bir yanından həmvətənlilərimizin göstərdiyi dəstək və ianələrin hesabına çox böyüdü. İki aylıq fəaliyyətimiz zamanı 6150 ailənin qapısını döyərək, onlara sevinc bəxş edə bildik. Bu işdə bizə dəstək olan hər kəsə dərin təşəkkürümüzü bildiririk.

Fəaliyyətimizin ilkin mərhələsini bitirdiyimiz gündən bizə sosial şəbəkələrdən yüzlərlə müraciət gəlməyə davam edir. Biz, “Biganə Qalma” komandası olaraq qərara gəldik ki, qarşıdan gələn Qurban Bayramında pandemiyaya görə işsiz qalan, aztəminatlı ailələrin evlərinə sevinc aparaq. Təbii ki, bu, ancaq xeyirsevərlərin ianələri hesabına mümkün ola bilər. Bu səbəbdən yeni aksiya elan edirik.

Əgər siz bu Qurban Bayramında qurban kəsdirmək, onu ehtiyaclı ailələrə çatdırmağın yolunu fikirləşirsinizsə, biz bunu sizin əvəzinizə etməyə hazırıq. Bakı və regionlarda keçirilməsi nəzərdə tutulan “Biganə qalma, qurban ver” aksiyası ərzində 2000-dən çox ailəyə 2-2.5kq ət çatdırmağı planlaşdırırıq. Qurbanlarınızı bizə həvalə edərək daha çox ailəyə ət payı çatdırmağa dəstək verə bilərsiniz.

Bu aksiyaya dəstək olmaq üçün Qurbanlıq heyvanın ödənişini karta köçürdükdən sonra qəbzin şəkli ilə bərabər ad və soyadınızı ayrılmış xüsusi whatsapp nömrəsinə göndərməyiniz kifayətdir.

 

Qurbanlıq heyvanların qiyməti:

Kiçik baş – 200azn (ortalama 14-15kq)
Böyük baş – 2000azn (ortalama 180-190kq)

Kart: 4169733212602887 (Adil Abdullayev)

WhatsApp: +994 77 321 33 14

 

Qeyd: Zəhmət olmasa, WhatsApp nömrəsinə ancaq qurban kəsdirmək istəyənlər yazsın. Yardım üçün müraciətlər ancaq sosial şəbəkələrdən qəbul olunur. WhatsApp-dan yardım üçün daxil olan müraciətlərə baxılmayacaq.

 

Sosial şəbəkə ünvanlarımız:

Facebook: https://www.facebook.com/biganeqalma

Instagram: https://www.instagram.com/biganeqalma

 

Yardım üçün hesab nömrəsi:

| MilliÖn terminalı, MilliÖn veb saytı və ya mobil app vasitəsilə:

Bank xidmətləri – Kapital Bank

Kart nömrəsi: 4169733212602887 (Adil Abdullayev)

Kart növü: Visa

| Card-to-card (mobil bank app’larından)

Kart nömrəsi: 4169733212602887
Alıcı: Adil Abdullayev

#EvdəQal #BiganəQalma #QurbanVer

 

Bənzər Məqalələr