featured-image-696

Həqiqətən, Allahın Rəsulu Allaha, qiyamət gününə ümid bəsləyənlər (Allahdan, qiyamət günündən qorxanlar) və Allahı çox zikr edənlər üçün gözəl örnəkdir! (əl-Əhzab, 21)
İslamiyyətin iki təməl qaynağı vardır: Quran və Sünnət. Bunlar ət və dırnaq kimi bir-birindən ayrılmayan iki ünsürdür. Birini birindən ayırsaq dinin gerçək mənasını qavramarıq.
Möminin axirətdəki gerçək xoşbəxtliyi tapmağı üçün İslamın bu iki qaynağını çox yaxşı anlayıb, əskiksiz olaraq həyata keçirməyi gərəkdir. Quran əxlaqı ilə əxlaqlanmış olan Peyğəmbərimizin həyata keçirdikləri bizim üçün Quranın canlı izahıdır.

Rəsulallah (s.a.v.) bir hədisində “ümmətimin fəsadı zamanı, unudulmuş sünnətlərimdən birini canlandırana yüz şəhid savabı verilir” (İbni Macə) buyurur. Peyğəmbərimizin xəbər verdiyi zamanın yaxınlaşdığını düşünürük. Vəd edilən bu əcri qaçırmamaq üçün Peyğəmbərimizin sünnətinə sarılmağımız gərəkdir Hz. Muhammədin (s.a.v.), gündəlik hayat tərzi möminlər üçün ən gözəl örnəkdir. Peyğəmbər Əfəndimizin hər davranışı Allahın qoruması və irşadı altında idi.

Peyğəmbərimizin Gözəl Əxlaqı
Allah (c.c.), Qurani Kərimdə Peyğəmbərimizə “Şübhəsiz sən böyük bir əxlaq üzərindəsən”(Qələm Surəsi, 4) buyurur. Rəsulu Əkrəm (s.a.v.) bir hədisində, “Mən ancaq əxlaqi fəzilətləri tamamlamaq üçün göndərildim” (Bəyhaqi) deyərək öz həyat yolunun hər mömin üçün örnəklərlə dolu olduğunu vurğulayır.
Özünə Peyğəmbərlik gəlməzdən əvvəl gözəl əxlaqın ən gözəl örnəklərini göstərən Rəsulullah Əfəndimiz, İslam dinini insanlığa təbliğ edərkən seçkin insanlığı və gözəl əxlaqı ilə insanlığa örnək olmuşdur. Aradan keçən min dörd yüz ildən bəri insanlıq Onun ortaya qoyduğu gözəl əxlaqın əsaslarını mənimsəməyə çalışmışdır.
Peyğəmbərimizin xanımı Hz. Ayşə Rəsulullahın (s.a.v.) gözəl əxlaqı haqqında belə demişdir: “Çirkin söz söyləməzdi. Həya, tərbiyə və nəzakətə zidd bir davranış etməzdi. Bazarda yüksək səslə danışıb, səs-küy çıxarmazdı. Pisliyə pisliklə qarşılıq verməzdi. Əfv edər, bağışlayardı.” (Əbu Davud)
Hz. Ayşənin Peyğəmbərimizin əxlaqı ilə əlaqədar bir suala verdiyi cavab, Onun həyatının yolunun Qurandan başqa bir şey olmadığını açıqlamağa yetər:
“Ey möminlərin anası, Peyğəmbərin əxlaqı necə idi?”Cavab verdi: “Rəsulullahın əxlaqı… Muminin surəsini oxuya bilirsən? Bu surəni onuncu ayəsinə qədər oxu! Allahın Rəsulunun əxlaqı belə idi” dedi. (Buxari)
Rəsulullah “ən xeyirliniz, əxlaqca ən gözəl olanınızdır” deyərək bunun hər mömin üçün bir hədəf olduğunu vurğulayır. Mömin ruhunda pis əxlaqın ən kiçik qırıntısı belə qalmamalıdır.
Su, buzu əritdiyi kimi gözəl əxlaq da günahları əridir; sirkə balı pozduğu kimi pis əxlaq əməli pozar. (Təbərani)
Mənim üçün ən sevimliniz, əxlaqca ən gözəl olanınız və ətrafdakılarla xoş keçinənizdir, onlar hamini sevər və hamı da onları sevər. Mənim üçün ən sevilməyəniniz dedi-qodu edən, dostların arasını vuran və təmiz bir insanda qüsur axtarandır. (Bəzzar)
Allah qatında pis əxlaqdan daha böyük bir günah yoxdur. Çünki pis əxlaq sahibi, bir günahdan qurtulmadan başqasına keçər. (Əsbahani)
Qul, ibadəti az olduğu halda, gözəl əxlaqı ilə axirətin yüksək dərəclələrinə və şərəfli mövqelərinə çata bilər. Əxlaqı pis olanlar isə cəhənnəmin alt təbəqəsinə varırlar. (Təbərani)
Bir mömin gözəl əxlaqı ilə gecə ibadət edən, gündüz oruc tutanların səviyyəsinə çatar. (Əbu Davud)
Qiyamət günü mizana qoyulacaq yaxşılıqların ən ağırı gözəl əxlaq və təqvadır. (Əbu Davud)
Rəsulullah Əfəndimiz ( s.a.v.), namaza başlamazdan əvvəl bu duanı edərdi: Allahım mənə gözəl əxlaq ehsan et, səndən başqa heç kim gözəl əxlaq ehsan etməz. Allahım məni pis xasiyyətlərdən qoru və uzaqlaşdır. (Müslim)

Əfv Etməyin Fəziləti
Qurani Kərimdə “… yenə də əfv edər, qüsurlarını üzlərinə vurmaz və bağışlarsanız, artıq əlbəttə Allah, bağışlayandır, əsirgəyəndir”(Təğabün Surəsi, 14) buyurulur. Xüsuslilə möminlərin öz aralarında qüsurları üzə vurmamaları və əfv edən olmağa diqqət etməlidirlər.
Rəsulullah Əfəndimiz (s.a.v.) əfv edici olmağın fəzilətinin üstündə xüsusilə durmuş, bunun möminlər arasında qardaşlıq duyğularının inkişafına vasitə olduğunu bildirmişdir. Onun örnək olacaq davranışlarından biri də şəxsi səbəblərə görə heç kimə kin tutmamağı və düşmənı belə olsa davamlı olaraq əfv etməsidir.
Peyğəmbər Əfəndimiz (s.a.v.) belə buyurmuşdur: “Təvazökarlıq insana yüksəklikdən başqa bir şey gətirmir. Təvazökar olun ki, Allah sizi yüksəltsin. Əfv və bağışlanma insanın ancaq şərəfini yüksəldir. Baöışlayın ki, Allah sizi izzətləndirsin.”(İsfahani)
Kin tutmaq və intiqam almaq kimi düşüncələrin möminlərin arasında yeri yoxdur. Əfv edici olmaq axirətdə möminin dərəcəsini artırır və dünya həyatında insani duyğularının inkişafına yardımçı olur. Allahın Rəsulu belə buyurur: “Allahu Təala qiyamət günü məxluqatı məhşər yerinə topladığı zaman ərşın altından üç dəfə ‘ey iman edənlər, Allah sizi əfv etdi, siz də biri-birinizə olan haqqınızı bağışlayın’ deyə səslər.”(Kitabüt-Təbsirə)

Bu gözəl məqaləni bir mömin bacımız göndərib.Allah ondan razı olsun.
www.islamevi.az

Bənzər Məqalələr