Salam aleykum. Minikdə olduğu halda, minikdən duşənə kimi artıq fərz namazı qəzaya qalacaq. Sualım: fərz namazı minikdə qılına bilər?

 

va aleykum Salam. Fərz (vacib) namazı məcburi halda minikdə qılına bilər. Miniyi saxlayaraq düşmək mümkündürsə, o zaman minikdə qılmaq olmaz, düşərək bir qıraqda qılmaq lazımdır. Çünki qiyam (namazda ayaq üstə durmaq) – namazın rükunlarındandır (mütləqlərindəndir) və qiblə şərtlərindəndir.

 

Suallar www.islamevi.az saytının elmi heyəti tərəfindən cavablandırılır. Sual vermək üçün sayta daxil olub, “Sualını bizə göndər” bölümündən istifadə edə bilərsiniz.

Bənzər Məqalələr