Sual: Salam aleykum, sizə bir sualım var,  cavab versəniz çox sevinərəm. Məni incidən, haqsızlıq edən, böhtan atan insanı mən bağışladım, haqqımı halal etdim. Yalnız o məndən heç halallıq istəməyib, yəni heç nədən xəbəri yoxdur. Ancaq indi haqqımı halal etdiyimə peşmanam, halal etmirəm. İndi necə olacaq? Halaldır, yoxsa yox?

 

Cavab: va aleykum Salam. Əgər bilmədiyiniz, sizə gizli qalan bir şeyi sonradan öyrənərək, halallıq verməkdən vaz keçmisinizsə, o zaman buna haqqınız var. Yəni, bu halda halallığınızı geri götürə bilərsiniz. Amma, belə bir şey yoxdursa, o zaman bu işə qeyri-ciddi yanaşaraq, ‘bir dəfə halal, sonra haram, sonra yenə halal, sonra yenə haram etmək…’ – kimi dəfələrlə qərar dəyişmək, mahiyyəti dəyişməz. Heç bir səbəb yoxdursa, bir dəfə verdiyiniz halallıq, artıq həmişəlik olaraq qüvvədə qalır. Bir sözlə, –fikir dəyişmək üçün sonradan öyrənilmiş çox ciddi bir səbəb olmadıqca– halallıq – bir dəfə verilir (və ya verilmir) və mövzu birdəfəlik bağlanaraq, qüvvədə qalır. Daha doğrusunu Allah bilir.

 

 

Suallar www.islamevi.az saytının elmi heyəti tərəfindən cavablandırılır. Tərtib: Ayxan Yaquboğlu

Bənzər Məqalələr