Tarix qaynaqları; ata sözləri, dastan və lətifələrdən ibarət olmaqla, şifahidir. Bunlar isə, tarix tədqiqi üçün, güvənilirliyi çox zəif olan vasitələrdir. Qəbir daşları, yazılı kitabələr, şəcərə sicilləri, pul sikkələri, “Səyahətnamələr” və (hadisə şahidləri vasitəsilə) tarixi hadisələri yazmaqla məşğul olanların qələmə aldıqları – ən əsas qaynaqlardır. Bütün bunların doğru formada araşdırılaraq dəyərləndirilməsi isə, xalq ədəbiyyatı, paleoqrafiya (qədim yazıların oxunması), arxeologiya, numizmatika (pul sikkələrinin araşdırılması) və digər elmi vasitələrlə mümkündür. Bu qədər yardımçı elm sahəsi bolluğuna baxmayaraq, tarix elmini, yalnışlara doğru yönəlməkdən qoruyacaq sağlam bir düstur hələ də ortaya qoyulmamışdır.

Halbuki İslam alimləri, Hədis elmi üçün yardımçı elm şöbəsi inşa edə bilmişlər. ‘Nəqdur-Ricəl’ (نقد الرجال) və ya ‘İlmul-Ricəl’ (علم الرجال) adındakı bu elm şöbəsi, hədis rəvayətçilərini (ravi’ləri), nəql etdikləri məlumatlardan savayı, onları ağıl/əql, zəka və əxlaqi yöndən sinifləndirmiş; etibarlılıq cəhətiylə dərəcələndirmişdir. İslam alimləri üçün önəm kəsb edən ilk amil, hadisə deyil, hadisəni nəql edəndir. Sırf buna görə də, çox nəhəng bir müstəqil elm şöbəsi inşa edilib. Dünya tarix elmi isə, hələ bu mükəmməlliyə nail ola bilməmişdir.

İbn İshaq, Tabəri, Məsudi, İbn əl-Əsir, Raşidud-Din (555-630 h.) kimi tarixçilər, İbn Xaldun kimi sosioloqlar yetişdirmiş İslam, elmin bütün sahələri kimi, bu sahəyə də xüsusi önəm vermişdir. Tarixdə üç dəfə dəyişikliyə uğramış və Papa 13-cü Qriqori’nin (Gregorius XIII) 1582-də təqvimi on günlük irəli çəkməsiylə son düzəlişi etdiyi (bu gün istifadə olunan) Roma təqvimində, müsəlmanların hicri-qəməri təqvimində rast gəlinməyən xətalar müşahidə olunmuşdur. Bütün bunlar, müsəlmanların elm və inkişafa vermiş olduqları dəyərin ən sadə bir nümunəsi hesab oluna bilər.

Hazırladı: Ayxan Yaquboğlu

Bənzər Məqalələr