SUAL: Salam aleykum. Sualım belədir: Əgər bir müsəlman günah edirsə, bunu başqa müsəlmanın yanında danışmaq qeybətdir, bunu bilirik. Bəs əgər o günahı edən adam, günahı gizli yox, aşkar edirsə, bunu insanlara bəyan etmək olarmı? Yaxud, günahı gizli edir və bundan xəbər tutub ona nəsihət ediremse, lakin o yenə günah əməlinə insanlardan gizli şəkildə davam edirsə və bunu tək mən bilirəmsə, habelə nəsihətimə də qulaq asmırsa, bunu kiməsə deməyim – qeybət sayılırmı? Əgər kiməsə desəm, məndən çox inciyəcəyini də bilirəm.

CAVAB: va aleykum Salam. İslam dini – insanları öz işlərilə məşğul olmağa və insanlar üçün faydalı işlər görməyə təşviq etmişdir. Peyğəmbərimiz (ona salam olsun) buyurmuşdur: “Ən xeyirliniz – insanlar üçün ən faydalı olanınızdır” (Səhih əl-Cami, 3289). Buna görə də, söz yaymağa, xüsusən də insanların eyblərini araşdıraraq, bunu eşitməyə can atmaq və yaymağa çalışmaq – ən iyrənc əməllərdən hesab olunaraq, Allahın qəzəb etdiyi işlərdəndir. Burada diqqətə alına biləcək yeganə məsələ – insanların, pis şəxslərin şərrindən qorunması ola bilər. Bu səbəblə də, əgər bir insan aşkar günah edirsə, o zaman bu günahdan başqalarını çəkindirmək üçün onun etdiyinin xəta olduğunu izah etmək olar, icazəlidir (caizdir). Lakin məqsəd sadəcə adamı pisləməkdirsə o zaman bu olmaz, yenə haram olan qeybət sayılacaq. Əgər kiminsə günahı gizlidirsə, nəsihət etdikdə tövbə etmirsə, yenə o günahı başqalarına açmağınız icazəli deyildir. Daha doğrusunu Allah bilir.

Suallar www.islamevi.az saytının elmi heyəti tərəfindən cavablandırılır. Tərtib: Ayxan Yaquboğlu

Bənzər Məqalələr