Sual: Salam aleykum. Limon koloniyasının içində 80% etil spirti var. Bundan istifadə edirik əlimizə üzümüzə sürtürük. Dəstəmazlı halda vursaq dəstəmaz pozulurmu? Yoxsa bu məsələ də spirtin İslama görə nəcis hökmündə olub-olmaması iki rəyindən birinə dayanır? Əgər bu belədirsə onda xahiş edirəm deyərdiniz, əksər İslam alimlərinin (cumhurun) görüşü bu haqda hansıdır.

 

Cavab: va aleykum Salam. Spirt – İslam hüququna görə nəcis hesab olunur. Hətta bəzi alimlər bu barədə icma (bütün alimlərin eyni fikirdə olmasını) nəql ediblər. İcma – Quran və Sünnə’dən sonra ən mötəbər əsas kimi qəbul edilir və tabe olunması da vacibdir. Spirtin nəcis olmadığını deyən görüşə gəldikdə isə, bu görüş əsrlər boyunca zəif görüş hesab edilib, yalnız son zamanlarda müsəlmanlar arasında məşhurlaşmışdır. Nəcis olan bir şeyə toxunmaq, ona bulaşmaq isə, əksər alimlərin görüşünə görə məkruhdur (bəyənilmir). Nəcisə toxunmaq dəstəmazı pozmur, lakin üzərində nəcis olduğu halda namaz qılman icazəli deyildir.

Dezinfeksiya məqsədi ilə, xüsusilə də təmizliyin şiddətlə tələb edildiyi yerlərdə əllərinizi onunla yumağınız mübah (icazəli) ola bilər, çünki ehtiyac zamanı məkruhlar mübah olur. Daha doğrusunu Allah bilir!

 

 

www.islamevi.az saytının elmi heyəti tərəfindən cavablandırıldı. Tərtib: Ayxan Yaquboğlu

Bənzər Məqalələr