Şəklə baxdıqda kartof və yumurta kimi görünür, lakin əslində heç də elə deyildir:

● Kartof kimi görünən – alma’dır;

● Yumurtanın ağı kimi görünən – qatıq’dır;

● Yumurtanın sarısı kimi görünən isə – şaftalı’dır..

❗ Görüb, tam əmin olduğunuz və ya sizə göstərilən hər şey, çatdırılmış hər xəbər, əslində göstərildiyi və ya çatdırıldığı kimi olmaya bilər.

❗ Hər gördüyünə və ya eşitdiyinə inanmağa, fikir bildirməyə və dərhal hökm verməyə məcbur deyilsən.

❗ Səbirli və təmkinli ol ki, qul haqqına girmiş olmayasan.

❗ Buna görə də Allah, hətta müsəlman birisinin gətirmiş olduğu xəbərə dərhal inanmamağı, pis zənn və qeybət edərək yaymamağı, əksinə – öz mənbəsindən dəqiqliklə araşdırmağı əmr etmişdir:

 

“Ey (Allaha və imtahan gününə) iman edənlər! Əgər bir fəsadçı sizə bir xəbər gətirsə, (onu) araşdırın. Yoxsa bilmədən bir qövmə pislik edər, sonra da bunun peşmançılığını çəkərsiniz.” (Hucurat, 6).

 

Ayxan Yaquboğlu

Share Button
Tarix: 01.07.2021 | Oxunma sayı: 3. 856 baxış