Uca Allah insanı ən gözəl formada yaratmışdır. İnsanlar şükür edərək ibadət etsinlər deyə, bu nemətləri ona daima xatırladaraq belə buyurmuşdur:

 

“Ey iman gətirənlər! Allahın sizə olan nemətini xatırlayın..” (Maidə, 11).

 

Bu ayəni rəhbər tutaraq, bu yazımızda sadəcə üç nemət haqqında bəhs etmək istərdik. Bu nemətlərin hamısı, öz bədənimizlə əlaqəlidir:

 

1. İNSANIN QULAQ SUYU.

İnsan qulağının suyu çox acıdır. Belə ki, hər hansı bir həşərat girmək istərsə, bu su həmin böcəkləri bir müddət sonra məhv edir. Yox, əgər bu su şirin olsaydı, gecə biz yuxuda ikən qarışqa və ya digər böcəklər rahatlıqla qulağımıza daxil olar və ciddi zərərlər yetirə bilərdilər.

 

2. GÖZ YAŞI (SUYU).

Göz yaşı isə duzludur. Çünki gözümüzün yağ təbəqəsi zərər görməyə meylli şəkildə yaradılıb. Duzluluq isə gözü xarici qüvvələrdən qoruyur.

 

3. AĞIZ SUYU.

Ağız suyu isə nə şirindir, nə də duzludur. Əgər şirin və ya duzlu olsaydı, o zaman yediklərimizin dadını bilməzdik.

 

Yaradılışımızdakı bu cür mükəmməlliyə diqqət yetirmişikmi?..

 

“Belə olduqda Rəbbinizin hansı nemətlərini yalan saya bilərsiniz?!” (Rəhman, 21).

 

 

 

Hazırladı: Ayxan Yaquboğlu

Materiallardan istifadə edərkən istinad vacibdir!

Bənzər Məqalələr