Qәlb – insan üçün әn vacib olan şeydir. Çünki qәlb әgәr doğru olarsa, bütün әzalar doğru olar. Әksinә – qәlb korlanarsa, bütün bәdәn korlanar.. Qәlbi islah edәn vә ya korlayan әn başlıca sәbәb – günahlardır. Nәticәdә insan – ağır bir xәyanәtlә qarşı-qarşıya qalmış olar..

Günahkar bəndə – hər hansı bir çətinliyə düşdüyü zaman, QӘLBİ, DİLİ və digər orqanları (önəmli anlarda) ona xəyanət edərlər. Belə ki, QӘLB’İ — Allah’a təvəkkül etməyə, O’na yönəlməyə, O’na sığınmağa və O’nun hüzurunda boyun əyməyə yaxın durmaz. DİL’i Allah’ı zikr etmək üçün ona (bəndəyə) itaət etməz. Hətta dili ilə Allah’ı zikr etsə belə, qəlbi ilə dili arasında bir uyğunlaşma təmin edə bilməz (yəni, dil «zikr» etsə belə, qəlbə heç bir təsir etməz).

(Bəndə) əgər bədən əzalarından, hər hansı bir ibadəti yerinə yetirmək üçün kömək istəsə, ona qarşı çıxarlar və onun dediyini etməzlər. Bütün bunların səbəbi isə — GÜNAHLARDIR.. Bunun misalı belədir:

Bir nəfərin düşmənlərindən qorunması üçün ordusu vardır.. Lakin, (ordu sahibi) ordusuna qarşı laqeyd yanaşar; onlara baxmaz; yeməklərini verməz və beləliklə onları yaxşıca zəiflətmiş olar.. Sonra isə, düşmən (ona qarşı) hücuma keçdiyi zaman, onlardan güclü bir müdafiə tələb edərək, əllərindən gələnin ən yaxşısını etmələrini istəyər.. Halbuki, elə özü, öz ordusunu gücsüz bir vəziyyətə salmışdı..

Bu vəziyyət dә belədir.. Lakin, bundan daha qorxunc, daha əziyyətli və daha dəhşətli bir şey daha var.. O da — (insanın) qəlbinin və dilinin ölüm anında — Allah’a doğru etdiyi bu səfər əsnasında ona xəyanət etmələridir.. Belə ki, günahkar kimsə dünyadan köçərkən, kəlmeyi-şəhadəti söyləməyə bilər (!). Necə ki, bəzi insanlar, ölüm ayağında olan bir çoxlarının başlarına belə bir halın gəldiyinə şahid olublar.. Məsələn, ölüm anında «Lə iləhə illəllah -de» deyilən bir nəfər, »Şah və qala; səni məğlub etdim» demiş və sonra da ölmüşdür..

Başqa birisinə də »La iləhə illəllah -de» deyilmiş; o da belə demiş, sonra isə ölmüşdür: »Bir gün yorğun bir qadın var idi və belə deyirdi: «Mincəh» hamamına gedən yol hansı tərəfdəndir?» (Etmiş olduğu zinanı xatırlayar vә ölüm anında dilindәn düşmәz). Ölüm ayağında «Lə iləhə illəllah -de» deyilən başqa birisi isə, mahnı oxumağa başlamışdı..

Allaha sığınırıq…

«əl-Cəvabu’l-Kəfi» (səh. 92-93) adlı kitabdan istifadə olunmuşdur.

Hazırladı: Ayxan Yaquboğlu

Materiallardan istifadə edərkən istinad vacibdir!

Bənzər Məqalələr