featured-image-3704

Aişə (r.a) rəvayət etmişdir ki, Peyğəmbər (s.a.v) belə buyurmuşdur: “Qan qohumluğu ilə qadağan olunan nikah, süd qohumluğuna da aiddir.” Buxari və Müslim.
(Buxari: Nikah ? 4941. Müslim: Süd vermək ? 1445. Tirmizi: Süd vermək ? 1148. Nəsai: Nikah ? 3318. Əbu Davud: Nikah ? 2057. Malik: Süd vermək ? 1278.)

ŞƏRH

Burada Quran ayələrinə və alimlərin yekdil rəyinə əsasən, qan qohumluğu ilə haram sayılanlar nəzərdə tutulur. Nikaha girməsi qadağan edilənlər: analar, ata-ana tərəfdən nəsil ardıcıllığı ilə nənələr (yəni, nənələrin anaları və s.), ata-ana tərəfdən nəsil ardıcıllığı ilə qızlar (yəni, qızların qızları və s.), bacılar, nəsil ardıcıllığı ilə qardaşların qızları, bacıların qızları, bibilər və xalalardır.
Yaxınların hamısı haram sayılırlar. Yalnız əmi qızları, bibi qızları, dayı qızları və xala qızları istisnadır.
Bu yeddi naməhrəm, süd qohumluğunda da (yəni, süd verən qadın və ya onun əri tərəflə də) eyni hökm daşıyır. Əgər körpə iki yaşı ərzində beş dəfədən az olmamaq şərti ilə başqa qadından süd əmərsə, həmin qadın onun süd anası sayılacaq.

Südəmər tərəfdən qohumlara gəlincə, burada haramlıq süd əmənin nəslinə məxsusdur. Süd əmən uşağın doğma atası, anası və onlar tərəfdən olan qohumları bu qadağaya daxil deyillər.
Həmçinin iki bacı ilə eyni vaxtda evli olmaq, yaxud da qadın və onun bibisi, yaxud da xalası ilə nikaha girmək haram sayılır. Bunlar süd qohumluğunda da qüvvədə qalır.
Kişinin yaxınlıq etdiyi zövcəsinin anası, nəsil ardıcıllığı ilə anasının anası və i. a. və qızları, eləcə də nəsil ardıcıllığı ilə qızının qızı və i. a. ilə evlənməsi haramdır. Atanın və nəsil ardıcıllığı ilə atanın atasının və i. a. keçmiş zövcələri, eyni zamanda oğulun və nəsil ardıcıllığı ilə oğulun oğlunun və i. a. evləndiyi qadınlar ilə evlənmək də haramdır. Bu hökmlər, süd qohumluğunda da oxşar hökm daşıyır.

Kürəkənlik və eyni vaxtda bir-neçə qadınla evlənmək qadağan olunan halların süd qohumluğunda eyni hökm daşıması barədə fikir ayrılığı mövcuddur. Lakin əksər alimlərin və dörd məzhəbin rəyinə əsasən, bu qrup qadınlarla evlənmək haram sayılır. Çünki onlar (qadağalarla bağlı Quran və hədislərdəki) ümumi ifadələrin tərkibinə daxildirlər.

——————-
MÖMİNLƏRİN
KÖNÜL MÜJDƏSİ
Müəllif:
AbdurRahmən əs-Sədi
Ərəbcədən tərcümə edənlər:
Ramil Həsənov
Abdur-Rahim Muradlı

Bənzər Məqalələr

media-img_5646

Allahın elçisi ﷺ müxtəlif hədislərində Allah qatında xeyirli və yaxşı insanların kimlər olduğuna dair belə demişdir: «Ən xeyirliniz Quranı öyrənən və öyrədəndir.» (Sahih əl-Buxari, 5027). «Ən xeyirliniz əxlaqı ən gözəl […]
Daha ətraflı