featured-image-3664

Beş namaz, cümə digər cüməyə və Ramazan ayı növbəti Ramazan ayına qədər, aralarında olan günahları bağışladır

Əbu Hureyrə (r.a) Peyğəmbərin (s.a.v) belə buyurduğunu demişdir: “Beş namaz, cümə digər cüməyə və Ramazan ayı (növbəti) Ramazan ayına qədər baş verəcək böyük deyil, kiçik günahları bağışladır.” Müslim rəvayət etmişdir. ( Müslim: Təharət ? 233; Tirmizi: Namaz ? 214; İbn Macə: Namaz qılmaq ? 1086; Əhməd: 2/400.)

ŞƏRH
Bu hədis Allahın böyük lütf və səxavət sahibi olmasına dəlalət edir. O, bu üç əzəmətli ibadətə üstünlük dərəcəsi vermişdir. Belə ki, Allah qatında onların yüksək mərtəbəsi, sayı-hesabı bilinməyən səmərəsi vardır.
Bu ibadətlərin səmərələrindən aşağıdakıları qeyd etmək olar: Allah bəndənin dinini və təslimçiliyini bu ibadətlərin vasitəsilə kamilləşdirir. Onlar imanı artırır və iman ağacına su verir. Belə ki, Allah möminlərin qəlblərində onların imanlarına uyğun olaraq iman ağacı əkmişdir. Allah Öz lütf və mərhəməti əsasında bu ağacı sulayan və inkişaf etdirən, onu maneələrdən qoruyan vacib və müstəhəb əməllər buyurmuşdur. Bütün bunlar onun kamil həddə çatmasına və Rəbbinin izni ilə hər vaxt səmərə verməsinə xidmət edir.
Günahların zərəri olduqca böyükdür və onların imanı necə azaltması da hamıya bəllidir.
Əgər bəndə böyük günahlardan uzaq olsa, Allah bu üç vacib əməllə, yəni, namaz, cümə və orucla onun kiçik günahlarını və xətalarını bağışlayar. Bu əməllər uca Allah bu kəlamına aid edilən ilk əməllərdən sayılırlar. O buyurur: “…Həqiqətən, yaxşı əməllər pis işləri yuyub aparar…” (Hud, 114). Allah Öz lütfü ilə böyük günahlardan çəkinməyi kiçiklərin yuyulması üçün bir səbəb etmişdir. O buyurur: “Əgər sizə qadağan olunmuş böyük günahlardan çəkinərsinizsə, Biz də sizin qəbahətlərinizin (kiçik günahlarınızın) üstünü örtər və sizi (şərəfli bir mənzilə) çatdırarıq.” (Nisə, 31).
Böyük günahlara gəlincə, onlar üçün tövbə edilməsi zəruridir.
Bu hədisdən belə anlaşılır ki, saleh əməllərin pis işləri silməsi barədə varid olan dəlillərdə kiçik günahlar nəzərdə tutulur. Çünki bu cür əzəmətli ibadətlər böyük günahları silə bilmirsə, başqaları necə silsinlər?
Hədisdə günahların iki hissəyə, böyük və kiçiyə bölünməsi açıq-aydın görünür.
İnsanlar kiçik və böyük günahların fərqi barədə çox sözlər danışmışlar. Söylənilən sözlərin ən gözəli isə belədir: Böyük günahlar, dünyada cəza verilən, yaxud axirətdə pis aqibət vəd olunan, ya da günah sahibinin lənətlənməsi və ya qəzəbə düçar olması kimi əlamətlərlə müəyyən edilir. Bundan başqa günahlar kiçik günahlardır.
Yaxud da belə deyilə bilər: Haran edilən məqsədlər böyük, haram məqsədə aparan vəsilələr isə, kiçik günahlardır. Vəsilələrə misal yad qadına baxmaq və ya onunla təklikdə qalmaq. Böyük günah isə, zinanın özüdür. Allah daha doğru bilir.

———–
MÖMİNLƏRİN
KÖNÜL MÜJDƏSİ
Müəllif:
AbdurRahmən əs-Sədi
Ərəbcədən tərcümə edənlər:
Ramil Həsənov
Abdur-Rahim Muradlı

Bənzər Məqalələr

media-img_5646

Allahın elçisi ﷺ müxtəlif hədislərində Allah qatında xeyirli və yaxşı insanların kimlər olduğuna dair belə demişdir: «Ən xeyirliniz Quranı öyrənən və öyrədəndir.» (Sahih əl-Buxari, 5027). «Ən xeyirliniz əxlaqı ən gözəl […]
Daha ətraflı