featured-image-3622

Mühəddis, fəzilət sahibi, ədib və şair bir şəxs idi. Bağdadda məskunlaşmış, h. 350-ci (961) ildə Səmərqəndə köçmüşdü. Əbu Bəkr Muhəmməd Fəzl ət-Təbəri, Əbü’l-Hüseyn Muhəmməd ibn İbrahim ibn Şueyb əl-Qazi ət-Təbəri və başqalarından hədis dinləmiş və nəql etmişdi. Hafiz Əbu Sə’d Əbdürrəhman ibn Muhəmməd əl-İdrisi (öl. 1014) ondan hədis dinləmiş və nəql etmişdir (1).
Ehtimal ki, h. 350-ci (961) ildən sonra Səmərqənddə vəfat etmişdir.

(1)SƏM’ANİ, Kitabü’l-Ənsab, C. I, s. 212; Şəmsəddin Əbu Abdullah Muhəmməd ibn Əhməd ZƏHƏBİ, Müştəbih fi Əsmai’r-Rical, s. 32, Leiden 1881.

————
Orta Əsrlərdə Yaşamış Azərbaycanlı Alimlər
Müəllif : Tarix Elmləri Doktoru
Elnur Nəsirov
Bakı:2011

Bənzər Məqalələr