featured-image-3610

Şafi’i məzhəbinə mənsub qari və Qur’an hafizi idi. Bədrəddin Təbrizi ərəb dili və ədəbiyyatı üzrə də dərin biliyə malik alimlərdən idi. O, Əbu Muhəmməd Şatıbinin qiraət və təcvidə dair “Qayətü’n-Nihayə”, Nasirəddin Bəyzavinin fiqh üsuluna dair “Minhəcü’l-Vüsul”, kəlam elminə dair “Təvaliü’l-Ənvar” və hədis elmlərinə dari “Şərhu-Məsabihü’s-Sünnə” adlı əsərlərini dərindən bilirdi. Misirdə onun dərslərinə izdihamlı tələbə kütləsi toplaşırdı. Ölüm tarixi məlum deyil. XV əsrdə yaşamışdı
(SƏXAVİ, Zəvu’l-Lami’, C. III, s. 454. Burada adı çəkilən alimlər və əsərləri haqqında irəlidə ətraflı məlumat veriləcəkdir. )

————-
Orta Əsrlərdə Yaşamış Azərbaycanlı Alimlər
Müəllif : Tarix Elmləri Doktoru
Elnur Nəsirov
Bakı:2011

Bənzər Məqalələr