featured-image-3568

Biz elə insanlarıq ki, sözün təsiri bizə müəyyən işlərdə mane ola bilir. Çünki söz özü də əməl sayılır. Bir insanın böyük bir xeyirə vasitə olması, xeyirli işə yazısı və sözü ilə digər insanları yönəltməsi özü də xeyirli bir əməl sayılır.

Hər bir xeyirli söz deyən, xeyirli yazı yazan insana mane olmaq üçün ona deyilən söz insanı həmin xeyirli sözdən və əməldən yayındıra bilər. İslamda olan həqiqətləri sözlə və yazı ilə ümumi kütləyə çatdıranda qarşısında onun xeyirli sözünə mane olan bəzi islama özlərini nisbət edənlər çıxır. Halbuki onlar bilmədən, elmi olmadan xeyirə mane olurlar. Danışmaq özü də əməldən sayılır və imanın artmasına səbəb olur. Bununla da insan başqalarına xeyirli sözlər danışdıqca özü də bu danışdıqlarına əməl etməyə başlayır. Ancaq danışanda, dərs deyəndə bəlkədə heç Quranın bir hərfini bilməyən bir insan sənə mane olmaq üçün sənin haqqında müsəlmanlar arasında olmayan böhtanlar, şərlər yayır. Bununla da sənin qəlbinə dəyərək müəyyən qədər səni xeyirdən yayındırmağa cəhd edirlər. Ya bilərəkdən, ya da bilməyərəkdən insanların xeyirə doğru gedən yollarında oturub onların istiqamətini yalnış yollara yönəldirlər. Bəzi radikallar bununla müsəlmanlar arasında şübhə toxumları yayaraq parçalanmalara gətirib çıxaran fəsadların başlanğıcını təşkil edirlər. Allah təala bizləri, xalqımızı, müsəlman vətəndaşlarımızı belə fəsad edənlərdən təmizləsin və onların sözlərinin təsirini azaltsın. Amin!

İslam dinində belə bir həqiqət var ki, bir kimsə hər hansısa xeyir işə niyət etsə, həmin xeyir işi yerinə yetirməsindən asılı olmayaraq savab qazanır. Bir insan xeyir işlər görəcəyi barədə düşünür, niyətində bunu həyata keçirəcəyini planlaşdırır. Bu xeyir işi zərurətdən olsa da, olmasa da həyata keçirə bilmir. Buna baxmayaraq xeyir işin qəlbində olmasına görə savab qazanır. Bunun həqiqətini ortaya qoyacağım kifayət qədər hədislər var. Bu hədislər məşhur hədislərdir. Bu hədislərdən biri belədir: “Allah təala bir insana mal və elm verər. O da elmi ilə əməl edib, malı ilə də bunu həyata keçirər (Yəni həm özündə olan elmə əməl edər, həm də öz malını da bu yolda xərcləyər). Başqa bir insana da Allah təala elm verib, mal verməmişdir. Bu adam da əgər mənim də malım olsaydı məndə o biri malı olan kimi xərcləyərdim. Çoxlu xeyirli əməllər edərdim. Belə niyətdə olduğu üçün, qəlbində o xeyiri işləmək üçün istək olduğuna görə o da elmi ilə bərabər malını xərcləyən kimi savab qazanır. Bunlar ikisi də Allah qatında mükafata görə eynidir. İkisi də eyni mükafata layiq görüləcəklər” (Hədisi İbn Macə, 4228; Əhməd ibn Hənbəl, Müsnəd, 4/23 rəvayət ediblər).

). Bu kimi hədislər bizə onu göstərir ki, heç də bizim islamla bağlı yazılarımız və sözlərimiz bitməməli, mane olmaq istəyənlərin sözləri bizə təsir etməməidir. Əksinə biz bu islamı yaymaq və yaşatmaq niyətində olduğumuz üçün savab qazanırıq. Məhz bu savaba görə həmişə qəlbimizdə uca Allahın dinini sevmək, xeyirli işlərə yönəlmək, xeyirli işlər haqqında düşünməyimiz vacibdir.
Xeyirə niyət etməyən, xeyir sözlər danışanların və yazanların haqqında olmayan böhtanlar danışan, yalan yayanlar özləri də nə dünyanı, nə də axirəti istəyən kəslər deyillər. Onlar nə dünyanı, nə də axirəti istəmirlər. Bizim hamımız üçün faydalı olan bir hədisə diqqət edək.

. Əbul-Cələddən belə bir rəvayət gəlmişdir:
İsa bin Məryəm (əleyhissalam) öz həvarilərinə (köməkçilərinə) deyir:
– Sizə həqiqəti deyimmi? Siz nə dünyanı istəyirsiniz, nə də axirəti.
Onlar deyirlər:
– Ey Allahın Elçisi! Bunu bizə izah et görək, biz ikisindən birini istədiyimizi zənni-güman edirik.

İsa (əleyhissalam) demişdir:
– Əgər dünyanı istəsəydiniz, yer və göy xəzinələri əlində olan dünyanın Rəbbinə ibadət, itaət edərdiniz. O da sizə istədiklərinizi verərdi. Əgər axirəti istəsəydiniz, axirət gü¬nünün yeganə sahibi olan axirətin Rəbbinə ibadət, itaət edərdiniz. O da sizə axirəti verərdi. Amma siz nə dünyanı, nə də axirəti istəmirsiniz (Əhməd ibn Hənbəl, “Kitəbuz-Zühd”). Ya Rəbbimiz! Bizə kömək elə Səndən həm dünyanı, həm də axirəti həqiqi, doğruçu istəyənlərdən olaq! Amin!

—————
Əkrəm Həsənov.

Bənzər Məqalələr