Sual: Qəbr əzabı təsdiqini tapıbmı?

Cavab: Qəbr əzabı Quran və Sünnədəki aydın dəlillər və müsəlmanların icması, bu üç dəlillə sübuta yetirilib.

Sünnədən dəlil-Peyğəmbər (Allahın ona salamı və salavatı olsun) demişdir: “Qəbr əzabından Allaha sığının, qəbr əzabından Allaha sığının, qəbr əzabından Allaha sığının”.

Müsəlmanların icmasından dəlil-Həqiqətən bütün müsəlmanlar, hətta icma əhlindən və alimlərdən olmayan kütlə belə namazlarında belə deyirlər: “Qəbr əzabından və cəhənnəm əzabından Allaha sığınıram”.

Quranda olan aydın dəlilə gəldikdə isə, Allah-Təalanın Firon ailəsi haqqında bildirdiyi ayəni göstərmək olar: “Onları səhər və axşam­üstü oda salırlar. O Saat gələ­cəyi gün isə; Firon nəslini ən şiddətli əzaba salın!”.[1] Şəkk yoxdur ki, onların oda salınması ona baxıb zövq almaq üçün deyil, onun əzabına düçar olmaq üçündür. Allah-Təala həmçinin buyurur: “Zalımları ölüm girda­bın­da olduqda, mə­lək­lərin də əl­lərini uzadıb: “Canları­nızı çı­xarın! (Allahu əkbər. Onlar ruhlarının bədəndən çıxmasını istəməyəcəklər) Allaha qarşı na­haq söz­lər söylədiyinizə və Onun ayə­lərinə təkəbbür göstərdiyi­ni­zə gö­rə bu gün siz cəzalan­dırı­la­caq­sı­nız!”— dediklərini bircə gö­rəy­din”. Burada gün (اليوم ( sözündəki əlif ləm) (الbu gün mövcud olan əhd üçündür. Yəni, hazırki gün onların vəfat etmə günüdür.

Deməli, qəbr əzabı Quran və sünnədəki aydın dəlillər və müsəlmanların icması ilə sübuta yetirilib. Qeyd etdiyimiz bu iki ayə isə Qurandan olan aydın dəlillərdir.

Fətvalar Məcmusu, 2-ci Cild, 153-ci Sual, səh.27-28

Share Button
Tarix: 03.01.2013 | Oxunma sayı: 4. 556 baxış