featured-image-3552

Ey Allahın qadın qulu! Allahdan qorx və bil ki, bu gün hesab yox, əməl günüdür. Sabah isə əməl yox, hesab günü olacaqdır. Unutma ki, oynayıb-əylənərkən belə ölüm səni haqlaya bilər. Diqqətli ol!

Ey Allahın qadın qulu!
Can boğaza yetişdiyi zaman, qıçın-qıça dolaşacağı zaman, sən ərindən, uşaqlarından və sevdiklərindən ayrıldığın zaman halın necə olacaq? Çiyinlərdə daşındığın zaman və üzərinə torpaq töküldüyü zaman halın necə olacaq? Qaranlıq və dar qəbirdə qaldığın zaman halın necə olacaq? Münkər və Nəkir gəlib yanında oturub, səni hesaba çəkdikləri zaman halın necə olacaq? Qəbirdən çıxarılıb və Məhşərə gətirildikdə halın necə olacaq? Əməl dəftərin açıldıqda halın necə olacaq? Mizan tərəzisi qoyulduqda, Siratdan keçdikdə halın necə olacaq?

Uca Allah buyurur:
– Nəhayət, onlardan birinə ölüm gəldiyi zaman deyər: “Ey Rəbbim! Məni geri qaytar. Bəlkə, tərk etdiyim yaxşı əməlləri (indi) edəm”. Xeyr! Onun bu dedikləri ancaq (boş) bir sözdür. Onların arxasında diriləcəkləri günə qədər bərzəx vardır. (Muminin surəsi, 99-100)

İmam Şafii (rahiməhullah) nə gözəl söyləmişdir:

Qiyamət günündə nə mal, nə övlad olar,
Qəbrə qoyulduğunda, toy gecəsi unudular!

[Kəlimətun A’bira lil Mər’atil Muslimə – adlı risalədən]

___________________
Tərcümə: əz-Zubeyr

Bənzər Məqalələr