featured-image-3535

Cabir (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.v) buyurdu: “Gecənin zülməti, yaxud şiddəti keçincəyə qədər uşaqlarınızı (evdən bayıra) buraxmayın. Bu elə bir vaxtdır ki, şeytanlar (hər tərəfə) yayılırlar”
(Buxari “Ədəbul Mufrad” 1231, əl-Albani “Səhih”. )

Cabir (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.v) buyurdu: “Qaş qaraldığı zaman uşaqlarınızı (bayıra) buraxmayın. (Çünki bu vaxt) şeytanlar (hər tərəfə) yayılırlar. Gecədən bir müddət keçdikdən sonra isə onları buraxa bilərsiniz. (Gecələr) “Bismillah” deyərək (evinin) qapısını bağla! “Bismillah” deyərək lampanı söndür! “Bismillah” deyərək su tuluqlarının ağzını bağla!” “Bismillah” deyərək hər nə ilə olursa, olsun qab-qacağın ağzını ört!”
(Buxari 3280, Müslim 5368. )

—————-
SƏHİH DUA VƏ ZİKİRLƏR KİTABI
Təhqiq: Muhəmməd Nəsirəddin əl-Albani
Toplayan və Tərcümə Edən: K.Hüseyn

Bənzər Məqalələr

media-img_5646

Allahın elçisi ﷺ müxtəlif hədislərində Allah qatında xeyirli və yaxşı insanların kimlər olduğuna dair belə demişdir: «Ən xeyirliniz Quranı öyrənən və öyrədəndir.» (Sahih əl-Buxari, 5027). «Ən xeyirliniz əxlaqı ən gözəl […]
Daha ətraflı