Alicәnablıq vә yumşaq xasiyyәtlilik – olduqları hәr yeri gözәllәşdirәrlәr. Danışarkәn yumşaq bir üslubda danışmaq, qarşındakına tәbәssüm etmәk, qarşılaşdığın zaman gözәl söz söylәmәk – bütün bunlar, xoşbәxt insanların örtündüklәri qiymәtli paltarlardır vә müsәlmanın sәciyyәvi xüsusiyyәtlәridir.

Hәqiqi müsәlman – bal arısı kimidir; gözәl şeylәrdәn yeyәr vә gözәl şeylәr istehsal edәr. Bir çiçәyin üzәrinә qonduğu zaman onu qırmaz, zәdәlәmәz. Çünki Allah, kobudluqla istәnildiyi zaman vermәdiyi şeylәri, nәzakәtlә istәnildiyi zaman verәr.

Elә insanlar vardır ki, bir mәclisә daxil olduqları zaman başlar ona tәrәf çevrilәr, gözlәr ona doğru baxar, könüllәr onu Salamlayar. Çünki onlar, danışıqlarında, bütün sosial yaşamlarında, görüşüb-vidalaşmalarında belә çox sevimlidirlәr.

Dost qazanmaq bir sәnәtdir. Bunu ancaq yaxşı vә xeyirxah insanlar gözәl şәkildә edә bilәrlәr. Onlar, insanlar tәrәfindәn daima sevgi vә diqqәt әhatәsindә olurlar. Onlar bir yerdә olduqları zaman, oradakılar sevincli olarlar. Uzaq olduqları zaman isә, hәmişә axtarılar vә dua ilә xatırlanarlar. Bu xoşbәxt insanların әxlaqi keyfiyyәtlәrinin qaynağı bu ayәdir:
“Yaxşılıqla pislik eyni ola bilməz! (Ey mömin kimsə!) Sən (pisliyi) yaxşılıqla dəf et! (Qəzəbə səbrlə, cəhalətə elmlə, xəsisliyə comərdliklə, cəzaya bağışlanmaqla cavab ver!) Belə olduqda aranızda düşmənçilik olan şəxsi, sanki yaxın bir dost görərsən!..” (Fussilәt, 34)

Onlar, kin vә nifrәtlәri – şәfqәt, isti münasibәt vә sәmimiyyәtlәri ilә parçalayıb yox edәrlәr. Onlar, edilәn pisliklәri unudaraq, yaxşılıqları xatırlayarlar. Çirkin sözlәr onların qulaqlarına girmәz.. Onlar rahat insanlardır, insanlar da onlardan daima güvәn içәrisindәdirlәr. Peyğәmbәrimiz (ona Allahın salavat vә salamı olsun) buyurmuşdur: “Müsәlman – digәr müsәlmanın әlindәn vә dilindәn әmin olduğu (güvәn içәrisindә olduğu) kimsәdir. Mömin isә, insanların mal-mülkü vә canları mövzusunda, ondan әmin olduqları kimsәdir..” (Tirmizi rәvayәt etmişdir)

Başqa bir hәdisdә buyurur:
“Allah mәnә, mәnimlә әlaqәni kәslәnlәrlә әlaqә qurmamı, mәnә qarşı haqsızlıq edәni bağışlamamı vә mәni mәhrum halda buraxana lütf/yaxşılıq etmәmi әmr etdi..”

Uca Allah belә buyurur: “O müttəqilər ki, bolluqda da, qıtlıqda da (mallarını yoxsullara) xərcləyər, qəzəblərini udar, insanların günahlarından keçərlər. Allah yaxşılıq edənləri sevər..” (Ali-İmran, 134)

Bu insanlara, dünyada güvәn vә sükunәt içәrisindә yaşayacaqlarını müjdә ver! Hәmçinin, Bağışlayan Rәblәri qatında, cәnnәtlәrdә onları gözlәyәn böyük bir savabı da onlara müjdә ver! Qüdrәtli Allah qatında, doğruluq kürsüsündә әylәşәcәklәr!..

 

____________

Ayxan Yaquboğlu

Materiallardan istifadə edərkən istinad vacibdir!

Bənzər Məqalələr