featured-image-3478

əl-Fudeyl ibn İyəd (rahiməhullah) danışır ki, bir dəfə ağlayan bir xorasanlı gördü. Ondan soruşdu:
– Nə üçün ağlayırsan?

Xorasanlı cavab verdi:
– Bir neçə dinarım vardı, onları məndən oğurladılar. Mən də pulumun oğurlandığını bildikdə ağlama başladım.

əl-Fudeyl ibn İyəd təəccüblə soruşdu:
– Olmaya, oğurlanan dinarların üçün ağlayırsan?

Xorasanlı cavab verdi:
– Əsla yox! Mənim o oğruya yazığım gəldi, ona görə ağladım. Çünki Allah qarşısında dayandığımda, o da yanımda oğru kimi dayanacaq.

[“Xəyal və Həqiqət” kitabından…]
__________
əz-Zubeyr

Bənzər Məqalələr