featured-image-3442

Sual 114: Ramazan orucuna axşamdan niyyət etmək lazımdır yoxsa səhər (duha vaxtı) niyyət etmək olar söylənildiyi kimi gündüz də niyyət etmək olar? Bu Ramazandan bir gün isə onu qəza etmək lazımdır yoxsa lazım deyil?

Cavab: Ramazan orucunun niyyətini fəcrdən öncə axşam etmək lazımdır. Gündüzdən edilən niyyətlə tutulan oruc caiz deyil.
Həmin günün Ramazana aid bir gün olduğunu səhər-səhər (duha vaxtı) öyrənən kəs oruca niyyət etməli və axşama kimi yemək və içməkdən çəkinməli və axırda həmin günün qəzasını tutmalıdır. Çünki İbn Ömərin (Allah ondan razı olsun) Hafsaya (Allah ondan razı olsun) onun da Peyğəmbər sallallahu aleyhi və səlləmə istinadən rəvayət etdiyi hədisdə Peyğəmbərin belə söylədiyi xəbər verilir: “Fəcrdən əvvəl oruc tutmağa niyyət etməyənin orucu yoxdur”. Bu hədisi Əhməd, Sünən müəllifləri, İbn Xüzeymə və İbn Hibban səhih və mərfu yolla rəvayət etmişlər.
Bu fərzlərə aiddir. Nafilə orucda isə fəcrdən öncə bir şey yeməyib, içməyib və ya cima etməmişsə gündüz niyyət etməsi də caizdir. Çünki Aişənin (Allah ondan razı olsun) nəql etdiyinə görə Peyğəmbər sallallahu aleyhi və səlləm bir gün səhər onun yanına gəldi və: “Yanınızda (yeməyə) bir şey var?- deyə soruşdu. Aişə radiyallahu anhə “Xeyr” deyə cavab verdikdə, O sallallahu aleyihi və səlləm “Elə isə mən oruc tuturam” deyə buyurmuşdur. Bu hədisi Muslim “Səhih” əsərində təxric etmişdir.
Müvəffəq edən Allahdır. Allahın salavatı və salamı Muhəmmədə, onun ailəsi və səhabələrinin üzərinə olsun.
Fətəvə əl-Ləcnətu-d-Daimətu lil-Buhusi-l-İlmiyyəti vəl-İfta, 4353-saylı Fətva.

Bənzər Məqalələr