Sual 127: Buna (yaş xurma, olmazsa quru xurma, olmazsa su) üstünlük verməyə görə savab yazılırmı?

Cavab: Kimi bunu Peyğəmbərə sallallahu aleyhi və səlləm itaət etmək üçün edərsə-mübah işlərdən olsa da-buna görə savab yazılır. Çünki mübah olan şeylər savabını Allahdan umaraq yerinə yetirilirsə bunu edən kəsə buna görə savab yazılır.
Buna görədir ki, alimlər belə demişlər: “Adətlər gözəl bir niyyətlə ibadət halını alır”.
İbn Cibrin, Fətəvə əs-Siyam, səh.15

Share Button
Tarix: 04.08.2011 | Oxunma sayı: 1. 400 baxış