Salam aleykum. Peyəmbər (sallalahu aleyhi və səlləm)-in belə bir hədisi var ki, evdə qırıq, çartlaq bir şey saxlamayın? Hədis səhihdir? Belə hədis varsa, şərhini dəqiq yazardız zəhmət olmasa. Öncədən təşəkkürlər.

va aleykum Salam. Bu mənada bir hədis bilmirik. Əksinə, Ənəs b. Malikin hədisində rəvayət etdiyinə əsasən Peyğəmbərin (ona salam olsun) zövcələrindən biri, bir başqa zövcəsinin içində yemək ilə göndərdiyi boşqabını sındırır və hədisdə aşkar sözlərlə deyilir ki, Allahın elçisi yeməyi sınmış boşqaba yığıb evində saxladı, əvəzinə yeni boşqab verib göndərdi (Buxari). Bu onu göstərir ki, sınmış boşqabları saxlamaq, onlardan istifadə etmək icazəlidir və bu cür məsələlərdə uğursuzluq, “düşər-düşməz” axtarmaq cahiliyyət inanclarından başqa bir şey deyildir.

Qırıq qabdan su içib, yemək yeməyə gəlincə, bu barədə qadağa ifadə edən hədis vardır (Buxari). Böyük alim Nəvəvinin izahına görə alimlər, su içən və ya yemək yeyən şəxsin ehtiyatsızlıqdan dolayı qırıntıları udması, dodağını zədələməsi kimi halların baş verməməsinə görə, sınıq qablardan istifadəni məkruh (bəyənilməz) hesab ediblər. Daha doğrusunu Allah bilir.

Suallar www.islamevi.az saytının elmi heyəti tərəfindən cavablandırılır. Tərtib: Ayxan Yaquboğlu

Bənzər Məqalələr