featured-image-3332

Uca Allahın İblisə: “Oradan aşağı en!” (əl-Əraf: 13), “Oradan çıx!” (əl-Əraf: 18) — deməsi İblisin səmada olmasına dəlalət edir. Buna görə Uca Allah ona oradan aşağı enməsini, ibadəti və itaəti ilə mələklərə oxşayaraq əldə etdiyi məqamdan çıxmasını əmr etdi. Üstəlik təkəbbürlük, həsəd və Rəbbinə qarşı üsyan etməklə rüsvay edilmiş və alçaldılmış halda yerə endirildi.

(Bu bir daha İbn Kəsirin, İblisin cinlərdən olmasını deməsini təsdiq edir. )

————
İbn Kəsir əd-Dəməşqinin
“Peyğəmbərlərin həyatı” adlı kitabı
Tərcüməçi:
Abdurrəhim Muradlı

Bənzər Məqalələr