featured-image-3321

بِسْمِ اللهِ الرَّحْمنِ الرَّحِيمِ
1 – {Məgər Biz, sənin köksünü açıb genişlətmədikmi?!} Ey Muhəmməd, Biz sənin köksünü Peyğəmbərliyi qəbul etsin deyə genişlətdik. Elə buna görə o dəvətə başlayıb bütün çətinliklərə sinə gələrək dözdü və vəhyi əzbərlədi.

2 – {Ağır yükünü səndən götürmədikmi?!} Cahiliyyət dövründə etdiyin əməlləri bağışladıq.
3 – {Sənin belini bükürdü.} Əgər bu yükü daşıyası olsaydın, ağırlığından belin bükülərdi.
4 – {Sənin ad-sanını ucaltmadıqmı?!} Bir çox amillərlə dünya və axirətdə sənin şərəfini artırdıq. “Əşhədu əllə iləhə illəllah” deyən möminlərə “əşhədu ənnə Muhəmmədən rəsulullah” — deməyi də vacib etdi. Azanda onun adını qeyd etdi, ona salavat və salam deməyi əmr etdi.
5 – {Şübhəsiz ki, hər çətinlikdən sonra bir asanlıq gələr!}
6 – {Həqiqətən, hər çətinlikdən sonra bir asanlıq gələr!} Əvvəldə deyilən çətinlikdən sonra bir asanlıq vardır. Bunların hər ikisi Allah tərəfindəndir.
7 – {Elə ki, azad oldun, qalx!} Namazı, dəvəti, yaxud döyüşü bitirdikdən sonra çoxlu dua et və Allahdan ehtiyac duyduğun nə varsa, onu da istə. Qalx, ibadətini də et.
8 – {Və ancaq Rəbbinə yalvar!} Cəhənnəmdən qorxaraq, cənnətə rəgbət bəsləyərək, rəbbinə müti ol.

——————-
Abdurrəhim Muradlı
Qurani kərimin son üç cüzünün təfsiri

Bənzər Məqalələr