Dua

1- (( اللَّهُمَّ إِنِّى أَعُوذُ بِكَ مِنْ الْبُخْلِ وَأَعُوذُ بِكَ مِنَ الْجُبْنِ وَأَعُوذُ بِكَ أَنْ أُرَدَّ إِلَى أَرْذَلِ الْعُمُرِ وَأَعُوذُ بِكَ مِنْ فِتْنَةِ الدُّنْيَا وَأَعُوذُ بِكَ مِنْ عَذَابِ الْقَبْرِ ))
– [Allahummə inni ə‘uzu bikə minə-l-buxli va ə‘uzu bikə minə-l-cubni va ə‘uzu bikə min ən uraddə ilə ərzəli-l-umuri va ə‘uzu bikə min fitnəti-d-dunyə va ə‘uzu bikə min azəbi-l-qabri]
«Allahım! Qorxaqlıqdan, paxıllıqdan, ömrün ən rəzil [ixtiyar] çağlarına çatdırılmaqdan, o cümlədən dünya fitnəsindən və qəbr əzabından Sənə pənah aparıram».
(Buxari (şərhlə birlikdə), 11/181. )

2- (( اللَّهُمَّ اغْفِرْ لِى خَطِيئَتِى وَجَهْلِى وَإِسْرَافِى فِي أَمْرِى وَمَا أَنْتَ أَعْلَمُ بِهِ مِنِّى، اللَّهُمَّ اغْفِرْ لِى حَزْلِى وَجِدِّى وَخَطَئِى وَعَمْدِى وَكُلُّ ذَلِكَ عِنْدِى ))
[Allahummə-ğfirli xatiyyəti va cəhli va isra’fi fi əmri va mə əntə ə‘ləmu bi minni. Allahummə-ğfirli həzli va cəddi va xatai va amdi va kullu zə’likə indi]
«Allahım! Günahımı, cahilliyimi, israfçılığımı və məndən daha yaxşı bildiyin günahlarımı bağışla! Allahım! Ciddi və qeyri-ciddi, bilmədən və qəsdən etdiyim səhvlərə görə məni bağışla! Bunların hamısı məndə mövcuddur».
(Buxari (şərhlə birlikdə), 11/196.)

3-(( اللَّهُمَّ إِنِّى ظَلَمْتُ نَفْسِى ظُلْمًا كَثِيرًا, وَلاَ يَغْفِرُ الذُّنُوبَ إِلاَّ أَنْتَ فَاغْفِرْلِى مَغْفِرَةً مِنْ عِنْدِكَ وَارْحَمْنِى إِنَّكَ أَنْتَ الْغَفُورُ الرَّحِيمُ)
– [Allahummə inni zaləmtu nəfsi zulmən kəsiran va lə yəğfiru-z-zunu’bə illə əntə fə-ğfirli məğfiratən min indikə varhəmni innəkə əntə-l-ğafuru-r-rahim]
«Allahım! Həqiqətən, mən özümə çox zülmlər etmişəm., günahları isə bağışlayan yalnız Sənsən! Dərgahındakı bir məğfirətlə məni bağışla və mənə rəhm et! Həqiqətən, Sən bağışlayan və rəhm edənsən!».
(Buxari, 1/302, Müslim, 4/2087.)

4-(( اللَّهُمَّ لَكَ أَسْلَمْتُ, وَبِكَ آمَنْتُ وَعَلَيْكَ تَوَكَّلْتُ, وَإِلَيْكَ أَنَبْتُ وَبِكَ خَاصَمْتُ، اللَّهُمَّ إِنِّى أَعُوذُ بِعِزَّتِكَ لاَ إِلَهَ إِلاَّ أَنْتَ أَنْ تُضِلَّنِى أَنْتَ الْحَيُّ الَّذِى لاَ يَمُوتُ, وَالْجِنُّ الإِنْسُ يَمُوتُونَ ))
[Allahummə ləkə əsləmtu va bikə ə’məntu va ‘aleykə təvəkkəltu va ileykə ənəbtu va bikə xa’samtu. Allahummə inni ə‘uzu bi ‘izzətikə lə iləhə illə əntə ən tudilləni əntə-l-həyyu-l-ləzi lə yəmu‘tu va-l-cinnu va-l-insu yəmu’tun]
«Allahım! Sənə təslim oldum, Sənə iman gətirdim, Sənə təvəkkül etdim, tövbə edərək Sənə qayıtdım və Sənin adını və ya kəlamını hüccət tutaraq mübahisə etdim. Allahım! Zəlalətə uğramaqdan Sənin izzətinə sığınıram. Səndən başqa ibadətə layiq haqq məbud yoxdur. Sən ölməz, əzəli və əbədisən. Cinlər və insanlar isə öləndir».
(Buxari, 7/167, Müslim, 4/2086.)

5-(( اللَّهُمَّ إِنَّا نَسْأَلُكَ مُوجِبَاتِ رَحْمَتِكَ, وَعَزَائِمَ مَغْفِرَتِكَ, وَالسَّلاَمَةَ مِنْ كُلِّ إِثْمٍ, وَالْغَنِيمَةَ مِنْ كُلِّ بِرِّ, وَالْفَوْزَ بِالْجَنَّةَِ وَالْنَجَاةَ مِنْ النَّارِ [Allahummə innə nəs`əlukə mucibəti rahmətikə, va azəimə məğfirətikə, vas-sələmətə min kulli ismin, val-ğənimətə min kulli birrin, val-fauzə bil cənnəti, van-nəcəti minən-nər]
«Allahım! Səndən mərhəmətinə layiq olan əməllər sahibi olmağı, məğfirət qapılarının açılmasını, hər bir günahdan uzaq olmağı, hər bir xeyirxah işdən pay əldə etməyi, Cənnətə nail olmağı və Cəhənnəm alovundan qurtuluşu diləyirik».
(Hakim, 1/525.)

6- اللَّهُمَّ اجْعَلْ أَوْسَعَ رِزْقِكَ عَلَىَّ عِنْدَ كِبَرِ سِنِّى وَانْقَطَاعِ عُمْرِى
– [Allahummə-c‘əl əvsə-‘ə rizqikə aleyyə ində kibəri sinni vanqita‘i umri]
«Allahım! Mənə ən bol ruzini ixtiyar çağlarımda və ömrümün sonlarında bəxş et!»
(Hakim, 1/542)

7-اللَّهُمَّ اغْفِرْ لِى ذَنْبِى وَوسِّعْ لِى فِي دَارِى وَبَارِكْ لِى فِي رِزْقِى
– [Allahumə-ğfirli zənbi va vassi li fi dəri va bə’rik li fi rizqi]
«Allahım! Günahımı bağışla, evimi geniş, ruzimi bərəkətli et!».
(Əhməd, 4/63, 5/375.)

8-(( اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ مِنْ فَضْلِكَ وَرَحْمَتِكَ, فَإِنَّهُ لاَ يَمْلِكُهَا إِلاَّ أَنْتَ ))
[Allahummə inni əs`əlukə min fadlikə va rahmətikə, fəinnəhu lə yəmlikuhə illə ənt]
«Allahım! Səndən fəzilətini və rəhmətini istəyirəm. Həqiqətən, onların sahibi yalnız Sənsən!».
(Təbərani.)

9-(( اللَّهُمَّ إِنِّي أَعُوذُ بِكَ مِنَ الْتَّرَدِّي, والْهَدْمِ, وَالْغَرَقِ وِالْحَرَقِ, وَ أَعُوذُ بِكَ أَنْ يَتَخَبَّطَنِيَ الْشَّيْطَانُ عِنْدَ الْمَوْتِ, وَ أَعُوذُ بِكَ أَنْ أَمُوتَ فِي سَبيِلِكَ مُدْبِرًا وَ أَعُوذُ بِكَ أَنْ أَمُوتَ لَدِيغًا ))
[Allahummə inni ə‘uzu bikə minət-tərəddi, val-hədmi, val-ğaraqi, val-haraqi, va ə‘uzu bikə ən yətaxəbbatani əş-şeytanu indəl-maut, va ə‘uzu bikə ən əmutə fi səbilikə mudbiran, va ə‘uzu bikə ən əmutə lədiğən]
«Allahım! Yüksəklikdən yıxılmaqdan, dağıntıdan, boğularaq və yanaraq ölməkdən Sənə sığınıram. Ölüm ayağında olarkən şeytanın məni aldatmasından Sənə pənah aparıram. Sənin yolunda döyüşərkən döyüş meydanından qaçaraq ölməkdən, ilan və ya əqrəbin çalması nəticəsində ölməkdən Sənə pənah aparıram».
(Səhih Nəsai, 3/1123; Əbu Davud, 2/92.)

10-(( اللَّهُمَّ إِنِّي أَعُوذُ بِكَ مِنْ أَلْجُوعِ, فَإِنَّهُ بِئْسَ الْضَّجِِيعُ, وَ أَعُوذُ بِكَ مِنْ أَلْخِيَانَةِ, فَإِنّهَا بِئْسَتِ الْبِطَانَةُ ))
[Allahummə inni ə‘uzu bikə minəl-cu`i, fəinnəhu bi`səld-daci`u, va ə‘uzu bikə minəl-xiyanəti, fəinnəhə bi`sətil-bitanətu]
«Allahım! Aclıqdan Sənə pənah aparıram. Aclıq nə pis yoldaşdır. Xəyanətdən Sənə pənah aparıram. Xəyanət nə pis sirdaşdır».
(Əbu Davud, 2/91; Nəsai, 8/263; İbn Macə)

www.islamevi.az

Bənzər Məqalələr