featured-image-3272

Əbu Musa əl-Əşari (r.a) rəvayət edir ki, Allah Elçisi (s.a.v) demişdir: «Bir qulun uşağı öldükdə Allah mələklərindən soruşur: «Qulumun uşağınımı aldınız?» Onlar: «Bəli» – deyə cavab verirlər. Allah soruşur: «Qulumun ürəyinin meyvəsinimi aldınız?» Onlar: «Bəli» – deyə cavab verirlər. Sonra Allah buyurur: «Qulum nə dedi?» Onlar deyirlər: «Sənə həmd və istirca etdi»
.( Yəni belə demək: «İnnə lilləhi və innə ileyhi raciun»-biz Allaha məxsusuq və Ona da qayıdacağıq!)
Allah buyurur: «Quluma Cənnətdə bir ev tikin və adını da «Həmd evi» qoyun!»
(ət-Tirmizi 1021, 1037. əl-Albani «Sahihul-Cəmiis-Sağir»də (? 795) səhih olduğunu söyləmişdir.)

Əbu Hureyra (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.v) demişdir: «Həddi buluğa çatmamış üç övladı vəfat edən elə bir müsəlman (valideyn) yoxdur ki, Allah onları Öz mərhəməti sayəsində Cənnətə daxil etməsin. (Qiyamət günü) onların övladlarına deyiləcək: «Cənnətə girin!» Onlar deyəcəklər: «Atalarımız daxil olmayınca (biz girmərik)». Onlara deyiləcək: «Siz də, atalarınız da Cənnətə girin!»
(ən-Nəsai 1853, 1876, 1887. əl-Albani «Sahihul-Cəmiis-Sağir»də (? 5780) və «Sahihut-Tərğib vət-Tərhib»də (? 1997, 2003) səhih adlandırmışdır. )

—————
Topladı
K. Hüseyn
H 1431 / M 2010
www.islamevi.az

Bənzər Məqalələr

media-img_5646

Allahın elçisi ﷺ müxtəlif hədislərində Allah qatında xeyirli və yaxşı insanların kimlər olduğuna dair belə demişdir: «Ən xeyirliniz Quranı öyrənən və öyrədəndir.» (Sahih əl-Buxari, 5027). «Ən xeyirliniz əxlaqı ən gözəl […]
Daha ətraflı