featured-image-3247

İmam Şafii-nin həyatının son anları

İmam əş-Şafiinin yaxın dostu imam əl-Məzani deyirdi:
“Mən əş-Şafiinin yanına girəndə onun ölümünə səbəb olan xəstəlik imamı əldən salmışdı.Mən soruşdum:
-Ya Əbu Abdullah, özünü necə hiss edirsən?
O başını qaldırdı və dedi:
-Mən hiss edirəm ki, bu dünyanı tərk edirəm, qardaşlarımla vidalaşıram, pis əməllərimlə və Allahla görüşə gedirəm və bilmirəm ki, qəlbim təbriklərlə qaşılanacaq cənnətə düşəcək, yoxsa onun halına acıyacaqları cəhənnəmə”.
Sonra o ağladı və bu şeiri oxudu:
Ürək sərtləşib, həyat yolu daralanda, bir ümid Sənin əfvindir.
Ya Rəbbim, mənim günahlarım böyükdür.
Amma günahlarımı sənin rəhmətinlə müqayisə etdim.Rəhmətin onları üstələdi.

Sən durmadan günaha batanlarları əfv edirsən, Sən böyük rəhmətin sayəsində onları rahat buraxırsan.Əgər Sən olmasaydın, şeytan bəndələrini yoldan çıxarmazdı. Axı o, həm də Sənin seçdiyin Adəmi yoldan çıxardı. Günahın dəyərini bilərək mən də günah işlətdim, ancaq mən bilirəm ki, Allah əfv edir və təqsirlərdən keçir”.


Imam Əhmədin həyatını son anları
İmam Əhmədin oğlu Abdullah danışırdı:” Atamın ölümü yaxınlaşdıqda mən onun çənəsini bitişdirmək üçün əlimdə anamın parçasını tutaraq onun yanında oturmuşdum.Bu vaxt o güclü tərlədi, sonra isə ayıldı.O gözlərini açdı və əlini tərpədərək dedi:
-Hələ yox.
Sonra o, bir də bunu təkrar etdi.O, bunu üçüncü dəfə demək istəyəndə mən dedim:
-Axı sən tərlədin. Biz hamımız elə fikirləşdik ki, artıq ölmüsən, sonra özünə gəldin və danışırsan: “Hələ yox, yox”. Sən sayıqlayırsan.Bu dəqiqə bu nədir?”
O dedi:
-Oğul, şeytan (Allah ona lənət eləsin!) mənim ayaqlarımın yanında oturub, barmaqlarımı dişləyərək deyirdi: “Əhməd, sən məni qırdın”. Mən isə ona deyirdim: “Xeyr, mən hələ sağam”.

İmam Əbu Hənifənin həyatının son anları
İmam Əbu Hənifə ölümündən qabaq dedi: “Ey Rəhmlilərin Rəhmlisi, mənə yazığın gəlsin.Mən dünyanın sakinləri ilə və öz qəlbimlə vidalaşaraq yıxılmışam”.

İmam Malikin həyatının son anları
İsmayıl ibn Əbu Üveys danışırdı ki, imam Malik öldükdən sonra onun doğmalarından imamın ölərkən nə dediyini soruşdu.Onlar dedilər: “O şəhadət gətirdi və dedi: “Hər şey əvvəlcədən və sonunda Allaha məxsusdur” və ruhunu bağışladı”.

İstifadə olunmuş mənbələr:
1-Şeyx ibn Zübur ər-Rübainin “Vəsəyə əl-Üləmə ində əl-Maut” kitabı
2-İmam əz-Zəhəbi “Siyar Aləm ən-Nubələ” (Görkəmli adamların həyatı) kitabı
3-Məhəmməd Həsən Aqil Musanın “Möhtərəmlilərin təsəllisi: “Dahi insanların həyatı” kitabına düzəlişlər” əsəri
4-İmam ibnul-Cəuzinin “əs-Səbət ində əl-Nuat” (Ölüm anındakı mətanət) kitabı
Xalid ibn Əbdurrahmən əş Şayi
Sultan ibn Fəhd ər-Raşid

—————
Əkrəm Həsənov

Bənzər Məqalələr