featured-image-3216

Ulduz Falı — şeytan əməlidir. Nə üçün? Çünki, onun dedikləri əgər düz olsaydı onda insanın həyatı zəhrimara dönərdi. Birinci gün evdən bayıra çıxma – başına bəla gələcək, üçüncü gün filan dostunla görüşmə – xətrivə deyəcəkdir, dördüncü gün filan yerə getmə – səni aldadacaqlar və s.

Ulduzlarla gələcəyi söyləməyin yalan olduğu haqda bir çox rəvayətlər vardır. Peyğəmbər (s.a.v) buyurdu: “Mən ümmətimdə üç şeyin yaranmasından qorxuram. İmamların ədalətsizliyindən, ulduzlara inanmaqdan və qədəri inkar etməkdən”.
(İbn Asakir. )
Peyğəmbər (s.a.v) buyurdu: “Mən özümdən sonra ümmətimdə iki şeyin yaranmasından qorxuram; qədəri inkar etməkdən və ulduzlara inanmaqdan”
(Əbu Yala. )
Peyğəmbər (s.a.v) buyurdu: “Üç nəfər Cənnətə girməz; sərxoşluq edən, sehrin doğruluğunu təsdiq edən, qohumluq əlaqələrini kəsən”.
(Əhməd 4/ 399, İbn Hibban 1380, 5346, əl-Hakim 4/ 146, əl-Albani “Səhih” 678. )
İnsan ulduzlarla vaxtı, istiqaməti təyin edir, filan ulduzun istiqamətində filan ölkə yerləşir, Qiblə yerləşir və s. Bəzi alimlər icazə vermişlər. İcazənin səbəbi: Ulduzların hərəkətini, düzülüşünü yalnız müəyyən vaxtlarda baş verməklə əlaqələndirirlər. Lakin ulduzu səbəb götürmürlər. Demir filan ulduza görə yağış yağır. Lakin deyir ki: İlin filan vaxtı bu ulduz olanda (Allahın izni ilə) yağış yağır. Çünki əksər vaxtı hava haqqında məlumatlar səhv də çıxır. Yağışın yağması, küləyin əsməsi ulduza görə deyildir, sadəcə vaxta bağlıdır.

Yağışın Yağmasını Ulduzlarla Əlaqələndirmək :
Cahiliyyə ərəbləri hesab edirdilər ki, yağışın yağması ulduzlara görədir. Yağışı hansısa bir ulduza aid edirlər. Bir başa ulduzdan istəyirdilər. Bu da Tövhidin kamilliyinə ziddir. Yağışın yağması Allahın nemətidir. İnsan istənilən bir rəhməti Allaha nisbət etməlidir. Bu neməti Allahdan qeyrisinə nisbət etmək qadağandır. Sadəcə bu nemətlər sənə hansısa bir səsəblər vasitəsilə verilmişdir. Çox vaxt eşidirsən ki: “Birisi kasıbladıqda, çətin bir vəziyyətdə ilk növbədə düşünür ki, kimdən borc alım, çətin vəziyyətdən çıxış üçün kimə müraciət edim”- deyə düşünür. Əli çatdığı yerlərə müraciət etdikdən sonra heç bir şey alınmadıqda Allah yadımıza düşür. Ğaniy və Saməd olan Allahı son anda düşünürük. Ona görə də müsəlman hər bir şeyə Tövhid nöqteyi-nəzərilə baxmalıdır. Bütün bu nemətləri Allaha aid etməklə Allahın nemətlərinə şükür etmiş oluruq.
Əli (r.a) demişdir: “Ruzisinə şükr etməli olduğunuz halda onu yalanmı hesab edirsiniz”. (əl-Vaqiə 82). Yəni sizin şükrünüz: “Yağış ulduzların hansısa yerləşməsinin və ya hansısa ulduzun sayəsində yağdı”- deyərək: “Onun inkar edilməsidir”.
(Əhməd 1/ 89, 108, 131, ət-Tirmizi 3291. )
Peyğəmbər (s.a.v)buyurdu: “Ümmətimdə cahiliyyə dövründən tərk edilməmiş dörd əlamət qalmışdır; öz əsil-nəcabəti ilə fəxr etmək, başqasının nəslinə tənə etmək (pisləmək), yağışın yağmasını ulduzlarla əlaqələndirmək və ölü üstündə ağı deyib ağlamaq”.(Muslim 934. )

Şeyx Useymin (rahimahullah) deyir: “Ulduzlardan yağış diləmək iki qismə bölünür:
1. Böyük şirkdir.
Bunun da iki növü vardır:
1) Ulduzlara və bürclərə dua edərək onlardan yağış diləmək. Bu da Allahdan qeyrisinə dua etməkdir. Uluhiyyətdə olan şirkdir; “Kim Allahla yanaşı, haqqında özünün heç bir dəlili olmadığı başqa bir məbuda ibadət edərsə, onun cəzasını Rəbbi Özü verəcəkdir. Şübhəsiz ki, kafirlər nicat tapmazlar!” (əl-Muminun 117). 2) Yağışın yağmasını ulduzlara mənsub etmək: “Yağışı filan ulduz yağdırdı”- kimi. Bu da böyük şirk olan Rububiyyətdə şirkdir. Yəni yağışı yağdıran Allahdan qeyrisidir.
2. Yağış diləmənin ikinci növü isə kiçik şirkdir. Bu da ulduzları səbəb götürməkdir. Bu səbəbə görə yağış yağdı. Kiçik şirk insanı İslamdan çıxarmır.
“Şübhə yoxdur ki, Allah Özünə şərik qoşanları əfv etməz. Lakin istədiyi şəxsə bundan başqa olan günahlarını bağışlayar. Allaha şərik qoşan şəxs əlbəttə ki, böyük günah etmişdir”. (ən-Nisa 72). “Allah Ona şərik qoşmağı əsla bağışlamaz. Bundan başqa olan günahları isə istədiyi şəxsə bağışlayar. Allaha şərik qoşan şübhəsiz ki, çox azmışdır”. (ən-Nisa 116). Ayədə Allah ümumi olaraq dedi ki, şirki bağışlamır. Buna görə də şirkin hər birindən çəkinmək lazımdır.
Zeyd ibn Xalid əl-Cuhəni y demişdir: “Allah Elçisi (s.a.v ) Hudeybiyyədə gecə ikən yağmış yağışdan sonra bizə sübh namazını qıldırdı və namazı bitirdikdən sonra üzünü camaata çevirib soruşdu: “Bilirsinizmi, Rəbbiniz nə buyurdu?” (Əshabələr:) “Allah və Onun Elçisi daha yaxşı bilir!”- dedilər. Peyğəmbər (s.a.v) dedi: “(Allah buyurdu): “Qullarımdan bir qismi mömin, digər qismi isə kafir oldu. (Başqa rəvayətdə: “Kimisi şükr etmiş, kimisi küfr”). “Bizə Allahın lütfü və mərhəməti sayəsində yağış göndərilmişdir”- deyənlərə gəlincə, onlar Mənə iman gətirmiş və ulduzları inkar etmişlər. “Yağış bizə filan və filan ulduza görə nazil olmuşdur”- deyənlərə gəldikdə, onlar Mənə küfr etmiş və ulduzlara iman gətirmişlər”.
(əl-Buxari 801, 810, 846, 980, 991, 1038.)
(Başqa rəvayətdə: “Allah qullarına hər nə zaman bir nemət ehsan etdisə bir qrupu “onu ulduzlar etdi, ulduz sayəsində oldu”- deyərək o, nemətə küfr etdilər”).
“Ulduzların mənzillərinə and olsun ki, kaş bunun nə qədər böyük bir and olduğunu biləydiniz — bu çox qiymətli Qurandır. Qorunub saxlanılan kitabdır. Ona yalnız pak olanlar toxunar. (O) Aləmlərin Rəbbi tərəfindən nazil edilmişdir. İndi siz bu kəlamı yalan sayırsınız? Ruzinizə şükür etməli olduğunuz halda onu yalanmı hesab edirsiniz”. (əl-Vaqiə 75-82)”.
(əl-Buxari 846, Muslim 71,73. )

Əgər kimsə yağışın yağmasını ulduzların müəyyən düzülüşünə görə yağdığını deyirsə bu tövhidin prinsiplərinə ziddir. Etiraf edilməlidir ki, yağış və digər nemətlər Allahın öz bəndələrinə olan mərhəmətidir. Ulduzların yağışın yağmasına heç bir təsiri yoxdur. Çünki, bunun səbəbi Allahın öz bəndələrinə onların ehtiyaclarına olan diqqəti və onlara olan rəhmidir. Allah öz rəhmətilə yağış göndərir. Çünki, insanların və bütün canlı aləmin buna çox ehtiyacı vardır.
Ulduzların və ya onların yerləşməsinin yağışın yağmasına təsir etməsi küfr və şirk olan əməldir, eynilə ölüyə və ya olmayana yalvarıb onun fayda gətirməsi və ya şərdən qoruması iddiası kimi. Peyğəmbərin (s.a.v) zamanında günəş tutuldu. İnsanlar: “Günəş İbrahimin (Peyğəmbərin oğlu İbrahimin) ölümünə görə tutulmuşdur”- dedilər. Peyğəmbər (s.a.v)buyurdu: “Həqiqətən günəş və ay Allahın rəmzləridir. Onlar heç kəsin ölümünə və ya doğulduğuna görə tutulmurlar…”.
(əl-Buxari, Muslim. Üçüncü oğlu İbrahimdir. Hicri 8-ci ildə Mədinədə dünyaya gəlmiş və hicri 10-cu ildə 17 və ya 20 aylıq ikən vəfat etmişdir. Ənəs (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.v) oğlu İbrahim öldüyü zaman buyurdu: “O, körpə ikən öldü. Onun Cənnətdə iki süd anası vardır. Onlar onun südünü iki ilə tamamlayacaqlar. Çünki o, mənim oğlumdur”.)

————–
Toplayan və Tərcümə Edən: K.Hüseyn
İxtisas Redaktoru: R. İsbarxanlı

Bənzər Məqalələr