Uca Allahın: “(O gün insanları) ilk dəfə (yoxdan) yaratdığımız kimi qaytarıb (dirildib) əvvəlki halına salarıq” ayəsi.

Abdullah ibn Abbas (r.a) belə rəvayət edir: “Peyğəmbər (s.a.v) öyüd-nəsihət verərək dedi: “Ey insanlar siz ayaqyalın, çılpaq və sünnətsiz toplanacaqsınız. “(O gün insanları) ilk dəfə (yoxdan) yaratdığımız kimi qaytarıb (dirildib) əvvəlki halına salarıq. Biz yerinə yetirməli olduğumuz vədi mütləq yerinə yetirəcəyik.” (“əl-Ənbiya” / 104) Bilin ki,qiyamət günü ilk dəfə geyindirilən İbrahim olacaq.Mənim ümmətimdən kişilər gətiriləcək. Yaxınlaşdıqları (vaxt) onlara maneə qoyularaq və sol tərəfə götürüləcəklər. Mən deyəcəyəm: “Ey Rəbbim, onlar mənim səhabələrimdir.” Mənə belə deyiləcək: “Sən bilmirsən onlar səndən sonra nə törətdilər.” Saleh qul (İsa Peyğəmbərin dediyi kimi deyəcəyəm: “Nə qədər ki, onların arasında idim, onlara şahid mən idim (Onları belə nalayiq hərəkətlər etməyə qoymurdum). Sən məni (göyə qaldırıb dərgahına) qəbul etdikdən sonra onlara nəzarətçi Özün oldun. Yalnız Sən hər şeyə şahidsən! Əgər onlara əzab versən, şübhə yoxdur ki, onlar Sənin qullarındır. Əgər onları bağışlasan, yenə şübhə yoxdur ki, Sən yenilməz qüvvət sahibi, hikmət sahibisən.” (“əl-Maidə” / 117-118) Mənə belə deyiləcəkdir: “Sən onlardan ayrılan gündən onlar dinlərindən dönməkdə davam etdilər.”

——————–
Səhih Müslim
İmam Əbu əl-Hüseyn Müslim ibn əl-Həccac əl-Quşeyri əl-Neysəburi
Ərəb dilindən tərcümə edənlər:
İsrafilov Anar Telman oğlu
Hacıyev Arif Süleyman oğlu
Redaktor:
Heydərov Rəfail Mikayıl oğlu
Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin
29.12.2009-cu il tarixli DK-408/B saylı məktubu ilə
nəşrə razılıq verilmişdir

Share Button
Tarix: 27.11.2010 | Oxunma sayı: 1. 197 baxış