Lal olan bir  kəs, “kaş ki danışa biləydimdə Quranı tərtillə oxuyaydım..” deyə təmənni və arzu edir, kar olan bir kəs “kaş ki eşidə bilsəydimdə bu Quranı dinləyəydim” deyə təmənni və arzu edir, kor olan bir kəs “kaş ki görə biləydimdə Quranı görəydim, baxıb oxuyaydım” – deyə təmənni və arzu edir..
Bizə isə onların təmənni və arzu etdiklərini arzu etmək lazım deyil. Onların arzu etdikləri bizdə var, lakin ibrət alan varmı?
Bizim dilimiz yalan-dolanda, qulağımız qeybətdə, gözümüz isə telefon və internet şəbəkələrindədir..
Bilmirsənmi ki, göz də, qulaq da, dil dә bunların hamısından soruşulacaq?
وَلَا تَقْفُ مَا لَيْسَ لَكَ بِهِ عِلْمٌ ۚ إِنَّ السَّمْعَ وَالْبَصَرَ وَالْفُؤَادَ كُلُّ أُولَٰئِكَ كَانَ عَنْهُ مَسْئُولًا
“Haqqında məlumatın olmadığı bir işin dalınca getmə. Çünki qulaq, göz və ürək – bunların hamısı sahibinin əməlləri barəsində sorğu-sual olunacaqdır.”
Məncə düşünməyə dəyər, bəs sən nə düşünürsən bu dediklərim barədə? Cavabı özünə ver..

Bənzər Məqalələr