əl-Ali — Alçaqlığın ziddi olan yüksəklik və ucalıq mənasındadır. Allahın ucalığının üstündə heç bir ucalıq yoxdur. Bütün dərəcələr və mərtəbələr Ondan aşağıdır. Çünki Ali alçaqlığın ziddi olan Uluvdan törənmişdir. «Ən uca (ALİ) və ən böyük (AZİM) varlıq Odur». (əl-Bəqərə 255). Hər cür qüsur, pislik və nöqsanlardan uzaq olan deməkdir. Bu İsim ucalıq mənasında gələn Uluv — kökündən gəlməkdədir. Uluv ust və yuxarı mənasındadır. Allahın vəsfi olaraq yaratdıqları üzərində qüdrətilə ucalıq sahibi olan deməkdir. Peyğəmbər (s.a.v) buyurdu: «Allahım! Səni hər cür nöqsan sifətlərdən təqdis edərim. Rəbbim ən ucadır, Aliy (çox uca) və qarşılıqsız ehsan edəndir» .
(İmam Əhməd «Musnəd» 4/54. )

————–
“İsim və Sifətlər Tövhidi”
Toplayan və Tərtib Edən
Kamal Hüseyn

Share Button
Tarix: 24.06.2010 | Oxunma sayı: 784 baxış