featured-image-3005

Abu Hureyra (r.a) rəvayət edirki, bir nəfər peyğəmbər (s.a.v) in yanına gələrək dedi: “Ey Allahın rəsulu, məni dünən sancan əqrəbin ucbatından başıma nələr gəldi!” Peyğəmbər (s.a.v) cavabında ona dedi: “Həqiqətən əgər sən dünən: “Allahın yaratdıqlarının şərindən, Onun mükəmməl kəlmələrinə sığınıram” desəydin, sənə heç bir zərər toxunmazdı!”
(Muslim, 2709.)

عُوذُ بِكَلِمَاتِ اللَّهِ التَّامَّاتِ مِنْ شَرِّ مَا خَلَقَ
/Ə‘uzu bikəliməti-Lləhi tammati min şərri mə xələq/.
– Həmçinin peyğəmbər (s.a.v) demişdir: “Kim axşam çağı üç dəfə: “Allahın yaratdıqlarının şərindən, Onun mükəmməl kəlmələrinə sığınıram” — desə, həmin gecə ilan sancısından qorunmuş olar”.
اَعُوذُ بِكَلِمَاتِ اللَّهِ التَّامَّاتِ مِنْ شَرِّ مَا خَلَقَ
/Ə‘uzu bikəliməti-Lləhi tammati min şərri mə xələq/.
(əl-Hakim, İbn Hibban. Hədis səhihdir. Bax “Səhih ət-tarğib”, 749.)

————–
Hazırlayan:
Sultan Abu Muhammad
Tərcümə:
Abu İmran əs-Sələfi

Bənzər Məqalələr