featured-image-3003

“Exelsior” Hotelində keçirilən Təqdimetmə Mərasiminə dövlət rəsmiləri, millət vəkilləri ilə yanaşı Birləşmiş Ərəb Əmirliklərindən, İsveç Krallığından və Türkiyədən rəsmi nümayəndə heyətləri qatıldı

Mükafatçılar arasında dövlət xadimləri, nazirlər, millət vəkilləri Qənirə Paşayeva, Zahid Oruc, Adil Əliyev, Gülər Əhmədova, ilahiyyatçı alim Yaşar Qurbanov və digər şəxslər də var.

[lib]yasar1.jpg[/lib]Avrasiya Gazeteciler Dərnəyinin Qafqaz Təmsilçiliyi, İctimai Fikir Fondu, İctimai Nəzarət Mərkəzi, “İctimai Rəy” Analitik Mərkəzi tərəfindən “Excelsior” Hotelində “Qız Qalası” Milli Mükafatının təqdimetmə mərasimi keçirildi. Təqdimetmə mərasimində Birləşmiş Ərəb Əmirliklərindən, İsveç Krallığından və Türkiyədən rəsmi nümayəndə heyətləri, eyni zamanda Azərbaycandan dövlət və hökumət rəsmiləri, millət vəkilləri, Diplomatik Korpus üzvləri, iş adamları və ictimaiyyət nümayəndələri iştirak edirdilər. Tədbiri giriş sözü ilə Avrasiya Gazeteciler Dərnəyinin Qafqaz Təmsilçisi, İctimai Fikir Fondunun sədri Aqil Ələsgər açaraq mükafat barədə məlumat verdi.

Bildirdi ki, “Türkiyə Cümhuriyyətindən Avrasiya Gazeteçilər Dərnəyi, Avrasiya Haber Ajansı, Azərbaycandan İctimai Fikir Fondu, İctimai Nəzarət Mərkəzi, “İctimai Rəy” Analitik Mərkəzi Ulu Öndərimiz Heydər Əliyevin anadan olmasının 87-ci il dönümü və 28 may Respublika Günü münasibəti ilə 2010-cu il may ayının 1-19-u arası respublika üzrə paytaxt və 17 rayonda “Qız Qalası” Milli Mükafatı uğrunda respondentlər arasında sorgu keçirmişdir.

Bu sorğunun nəticələri Türkiyə Cümhuriyyətindən Avrasiya Gazeteçilər Dərnəyi, Avrasiya Haber Ajansı, Azərbaycandan İctimai Fikir Fondu, İctimai Nəzarət Mərkəzi, “İctimai Rəy” Analitik Mərkəzinin ekspertləri tərəfindən araşdırıldıqdan sonra qərara alınıb ki, 9653 anketin 456-ı etibarsız sayılsın. 9197 anketin nəticələrinə görə, qalib gələn şəxslər “Qız Qalası” Milli Mükafatı laureatı elan olunublar”.

Daha sonra mükafatlar sahiblərinə təqdim olundu.

Mükafatçıları qısa ixtisarla diqqətinizə çatdırırıq:

“Qız Qalası” Milli Mükafatı
laureatları

İlham Əliyev — Azərbaycan Respublikasının Prezidenti- Azərbaycanda aparılan yüksək səviyyəli dövlət quruculuğu və iqtisadi inkişafına görə.

Ziya Məmmədov- Nəqliyyat Naziri – Azərbaycanda nəqliyyat sektorunun müasirləşməsində və inkşafında xidmətlərinə görə.

Huseyn Bağırov – Ekologiya və təbii sərvətlər naziri – Respublikanın təbii sərvətlərindən səmərəli istifadə edilməsində və ətraf-mühütün qorunmasında xidmətlərinə görə.

Qərib Məmmədov — Torpaq və Xəritəçəkmə Komitəsinin sədri – Respublikada torpaq islahatların aparılmasında və torpaq ehtiyyatlarından səmərəli isfadəsində xidmətlərinə görə.

Arif Alışanov — Azərbaycan Teleradio QSC-nin sədri – Televiziyada milli adət-ənənələrin təbliğindəki xidmətlərinə görə.

Fəttah Heydərov — millət vəkili — Ulu Öndərimiz Heydər Əliyevin zəngin irsinin öyrənilməsindəki xidmətlərinə görə.

Şəmsəddin Hacıyev — İqtisad Universitetinin rektoru – Təhsil sahəsində beynalxalq əlaqələrinin qurulmasında müstəsna xidmətlərinə görə.

Vaqif Mustafayev — Space Telekanalının Prezidenti- Televiziya sahəsində milli mentalitetin və mədəniyyətimizin təbliğindəki xidmətlərinə görə.

Muhammad Ahmad Al Hammadi – Birləşmiş Ərəb Əmirliklərinin “Dar Əl Bir” Beynəlxalq Humanitar Təşkilatının icraçı direktoru, Birləşmiş Ərəb Əmirliklərinin Dubay Əmirliyinin Miqrasiya İdarəsinin sədri – Azərbaycanda minlərlə aztəminatlı ailələrə, qaçqınlara göstərdiyi yardımlara görə.

Qənirə Paşayeva — millət vəkili — Beynəlxalq arenada uğurlu fəaliyyətinə görə.

Tənzilə Rüstəmxanlı — Azəri-Türk Qadınlar Birliyinin sədri — Türk Dünyasının birliyi və Azərbaycanın dünyada təbliğində göstərdiyi xidmətlərinə görə.

Gülər Əhmədova — millət vəkili — Sağlam gəncliyin yaranmasında və formalaşmasında xidmətlərinə görə.

Ağabəy Əsgərov — Azərbaycan Dövlət Nəşriyyatının direktoru — Azərbaycan mətbuatının inkişafındakı xidmətlərinə görə.

Natiq İbrahimov — Azad Azərbaycan Televiziyasının Xəbərlər Departamentinin rəhbəri — Televiziyada dolğun informasiyanın istehsalında və yayımında xidmətlərinə görə.

Baba Tağıyev – millət vəkili Aztəminatlı seçicilərinin problemlərinin həllində göstərdiyi xidmətlərinə görə.

Hacı Fərhad Mirzə – Fəlsəfə və dinşünaslıq üzrə elmlər doktoru- Azərbaycan dini elminin xaricdə təbliğindəki fəaliyyətinə görə.

Turan İbrahimov — ANS Telekanalının teleaparıcısı — Televiziyada sosial problemlərin həlli istiqamətində fəaliyyətinə görə.

Baba Rzayev – “Bakelektroşəbəkə”ASC-nin sədri – Enerji avadanlıqların müasirləşməsində və strukturda islahatların aparılmasındakı xidmətlərinə görə.

İsmayıl Şabani – AvirTell MMC-nin prezidenti- Yüksək keyfiyyətli Dial up, ADSL İnternet Access və 088 Toll Free xidmətlərinə görə.

Məlahət Qurbanova — “Məlahət” Firmasının direktoru- Aztəminatlı ailələrə göstərdiyi əvəzsiz yardımlara görə.

Eldar Əzizov — Gəncə şəhərinin İcra Hakimiyyətinin başçısı – Gəncə şəhərinin sosial-iqtisadi inkşafındakı xidmətlərinə görə.

Tofiq Zeynalov —Tovuz rayonunun İcra Hakimiyyətinin başçısı- Tovuz rayonunun sosial-iqtisadi inkişafındakı xidmətlərinə görə.

Hüseyin Büyükfırat — “Büyükfırat” Restoranlar Şəbəkəsinin rəhbəri- Azərbaycanda dünya standartlarına uyğun restoran şəbəkəsinin qurulmasındakı xidmətlərinə görə.

Ofeliya Nəzərli- “Ümid İşığı” Xeyriyyə Mərkəzinin direktoru-Qaçqın və məcburi köçün ailələrini himayə etdiyinə görə.

Vahab Mehdiyev -“Dəvəli ASC”prezidenti – Milli memarlığın qorunmasında və inkşafındakı xidmətlərinə görə.

Pərvanə İbrahimova — BDU İctimaiyyətlə Ələqələr Departamenitinin rəhbəri – Təhsillə bağlı informasiyaların mətbuatda geniş şəkildə yayılmasındakı xidmətlərinə görə.

Süleyman Mikayılov- Qaradağ rayonunun İcra Hakimiyyətinin başçısı-Qaradag rayonunun sosial-iqtisadi inkişafında xidmətlərinə görə

Tofiq İbrahimov- Lənkəran rayon İcra Hakimiyyətinin başçısı -Lənkəran şəhərinin sosial-iqtisadi inkşafında xidmətlərinə görə.

Füzuli Dünyamalıyev – «Qafqaz Holdinq» MMC-nin direktoru- Müasir, dünya standartlarına və tələblərinə uyğun istehsal görə.

Qəzənfər Ağayev — Masallı rayonunun İcra Hakimiyyətinin Başçısı — Masallı rayonunun sosial-iqtisadi inkşafında xidmətlərinə görə

Şahin Mövsümov – «AS GROUP»un sədri – Tikinti sənayesində keyfiyyətli malların istehsalına görə.

Əli Həziquliyev — “Elçi” qəzetinin baş redaktoru — Azərbaycanda uğurlu ictimai-siyasi fəaliyyətinə görə.

Zaur Mirzə-zadə – “Dünya Azərbaycanlıları” İctimai Mərkəzinin sədri – Respublikanın ictimai-siyasi və mədəni həyatındakı aktiv fəaliyyətinə və xidmətlərinə görə.

Elmar Məmmədov – “Kapital bank”ın İdarə Heyətinin sədri- Azərbaycanda bank sisteminin inkşafında və təkmilləşdirilməsidə xidmətlərinə görə.

Rəşad Axundov -Birləşmiş Ərəb Əmirliklərinin “Dar Əl Bir” Beynəlxalq Humanitar Təşkilatının Azərbaycan Ofisinin rəhbəri- Azərbaycanda minlərlə aztəminatlı ailələrə, qaçqınlara göstərdiyi yardımlara görə.

İlqar Hacıyev- “AKKORD” İnşaat Sənaye ASC-nin sədri —Dünya standartlarına uyğun müasir tipli yaşayiş obyektlərinin tikintisindəki xidmətlərinə görə

Endryu Pospilovski – “Access Bank”ın İdarə Heyətinin sədri – Azərbaycanda yeni nəsil bank sisteminin tətbiqindəki xidmətlərinə görə.

Rüxsarə Axundova — Uşaq hüquqlarının müdafiəsi istiqamətindəki fəaliyyətinə görə.

Vaqif Həsənov-“Qarant Sıgorta”ACS İdarə heyətinin sədri – Respublikada sığorta sisteminin müasirləşməsində xidmətlərinə görə.

Yaşar Qurbanov- www.islamevi.az saytının təsisçi və baş redaktoru, ilahiyyatçı alim – Milli mənəvi dəyərlərin öyrənilməsində, İslam dininin təbliğindəki xidmətlərinə görə.

Osman Gezeker – “Özkaya Group”un başqanı – Beynəlxalq ticarət əlaqələrin qurulmasındakı xidmətlərinə görə.

Şahbaz Şahbazov — professor- Tibb müəssisəsində yüksək tibbi xidmətin göstərilməsindəki xidmətlərinə görə.

Məhəmməd Məmmədov – Aztelekom İB-nin direktoru — Respublikada rabitə sisteminin modernləşdirilməsi fəaliyyətində xidmətlərinə görə.

Tahir Qədəşov – “Atlant” İstirahət Mərkəzinin direktoru – Azərbaycanda turizm sektorunun inkişafında və yüksək xidmət göstərilməsində fəaliyyətinə görə.

Nargilə Nurayeva — “Nuray” Fashion Studio-nun sahibi — Azərbaycanda beynəlxalq standartlara cavab verən müasir moda məktəbinin yaradılmasında və inkişafında xidmətlərinə görə.

[lib]agd222233333333333.jpg[/lib]

[lib]dsc_0010.jpg[/lib]

[lib]dsc_0082.jpg[/lib]

[lib]dsc_0040.jpg[/lib]

[lib]dsc_0040.jpg[/lib]

[lib]dsc_0047.jpg[/lib]

[lib]dsc_0053.jpg[/lib]

Bənzər Məqalələr