featured-image-2984

Cin-şeytanlardan qorunma
Əbu Hureyra (r.a) rəvayət edirki, peyğəmbər (s.a.v) demişdir: “Şeytanı söyməyin, lakin Allaha onun şərindən sığının”.
“əl-Bəqərə” surəsinin oxunuşu
Peyğəmbər (s.av) demişdir: “Evlərinizdə “əl-Bəqərə” surəsini oxuyun! Həqiqətən bu surə oxunan evə şeytan daxil olmaz”.

– Səhər və axşamlar “əl-Kursi” ayəsinin oxunuşu

Peyğəmbər (s.av) demişdir: “Səhər “əl-Kursi” ayəsini oxuyan kimsə axşama qədər cinlərdən qorunmuş olar, onu axşam oxuyan isə səhərə qədər cinlərdən qorunmuş olar”.
(əl-Hakim, 1562. Şeyx əl-Albani hədisin səhih olduqunu təsdiq etmişdir. )

Yatmaqdan əvvəl “əl-Kursi” ayəsinin oxunuşu

Rəvayət olunurki, bir dəfə Əbu Hureyra toplanmış zəkat malını qoruyanda bir oğru yaxaladı və həmin oğru ona dedi: “Məni azad et, məndə sənə elə bir kəlmələr öyrədimki, onu Allah sənin üçün faydalı edər!” Əbu Hureyra soruşdu: “O hansı kəlmələrdi?” O dedi: “Yatmamışdan əvvəl “əl-Kursi” ayəsini əvvəldən axıra qədər oxusan səninlə daima Allah tərəfindən göndərilən bir muhafizəçi olar və şeytan sənə səhərə qədər yaxınlaşa bilməz!”. Bundan sonra Əbu Hureyra bu haqda peyğəmbər (s.a.v) -ə danışdı və o dedi: “Onun qatı yalançı olmaqına baxmayaraq, sənə doğru bir şey dedi!” Sonra peyğəmbər (s.a.v) həmin oğrunun insan cismində olan şeytan olduqunu bildirdi.
(əl-Buxari, 2311.)

Əli ibn Əbu Talib (r.a) demişdir: “İslama daxil olmuş və ağıl sahibi olan və “əl-Kursi” ayəsini oxumayıb yatan kimsə görmədim”.
(Əbu Davud. İsnadı həsəndir. Bax “Səhih əl-azkar”, 167.)

Gecə “əl-Bəqərə” surəsinin axırıncı iki ayəsinin oxunuşu

Əbu Mə‘sud əl-Badri (r.a) rəvayət edirki, peyğəmbər (s.a.v) demişdir: “Kim gecə “əl-Bəqərə” surəsinin axır iki ayəsini oxuyarsa, bu ona kifayət olar”.
(əl-Buxari, 4008; Muslim, 807.)

İmam an-Nəvavi, Allah ona rəhmət etsin, demişdir: “Bu ona kifayətdir deyildikdə, insan üçün gecə namazını əvəz etmək və ya bütün gecə ərzində şeytandan qorunmaq və ya hər bir şərdən qorunmaq üçün deyilib. Bu kəlmələr sadalanan hər bir şeyi əhatə edə bilər”.
(Bax “Şarh səhih Muslim”, 6/417.)

Numan ibn Bəşir (r.a) rəvayət edirki, Allah rəsulu (s.a.v) demişdir: “Həqiqətən Allah səmaları və yerləri yaratmamışdan min il əvvəl Kitabı yazmışdır. O ondan (Kitabdan) “əl-Bəqərə” surəsinin axirincı iki ayəsini nazil etmişdir. Bu ayələri üç gecə müddətində oxunan evə şeytan yaxınlaşmaz”.
(əl-Hakim, at-Tabarani. Hədis səhihdir. Bax “Səhih əl-cəmi”, 1799.)

Allahı zikr etmək

Xaris əl-Aşari (r.a) rəvayət edirki, Allah rəsulu (s.a.v) demişdir: “Yəhya ibn Zəkəriyyə İsrail oğullarına nəsihət edərək demişdir: “ Allah Onu çoxlu zikr etməyini əmr etmişdir, çünki Allah zikri insanın öz düşmənlərindən qorunduqu möhkəm bir qalaya bənzərdir. Allahın bəndəsi məs Allahı zikr etdiyi zaman şeytandan daha yaxşı qorunmuş olur”.
(ət-Tirmizi, 2863; at-Tayalisi, 5/1161; əl-Hakim, 1/117. İmam Əbu İsa ət-Tirmizi və şeyx əl-Albani bu hədisin səhih olduqunu təsdiqləmişlər.)

İnsanın evindən çıxdıqı zaman etdiyi dua

Ənəs (r.a) rəvayət edirki, Allah rəsulu (s.a.v) demişdir: “Evindən çıxan bir kimsə “Allahın adı ilə, mən Allaha təvəkkül etdim və Allahdan başqa güc və güvvət sahibi yoxdur” kəlmələrini desə, ona: “Sən doğru yola yönəldin, (şərdən) azad oldun və qorundun” deyilər və şeytan ondan uzaq duraraq bir başqa şeytana deyər: “Axı sən doğru yolda olan, (şərdən) azad olmuş və qorunmuş bir insana nə edə bilərsən?!” (Əbu Davud, 5090; ət-Tirmizi, 3426. Şeyx əl-Albani hədisin səhih olduqunu bildirmişdir.)
بِسْمِ اللَّهِ، تَوَكَّلْتُ عَلَى اللَّهِ، وَلاَحَوْلَ وَلاَقُوَّةَ إِلاَّ بِاللَّهِ
/Bismilləhi tauakkaltu alə-Lləhi ua lə haulə ua lə kuvvata illə bi-Lləhi/

Məscidə daxil olduqda edilən dua

Abdullah ibn ‘Amr (r.a) rəvayət edirki: “Peyğımbər (s.a.v) məscidə daxil olduqda deyərdi: “ Lənətlənmiş şeytandan Əzəmətli Allaha, Onun gül-camalına və əzəli mülkünə sığınıram!” İnsan bu kəlmələri deyəndən sonra, şeytan deyər: “O məndən gün ərzində qorunmuşdur”.
(Əbu Davud, 466. Şeyx əl-Albani hədisin səhih olduqunu bildirmişdir.)
اَعُوذُ بِاللَّهِ الْعَظِيمِ، وَبِوَجْهِهِ الْكَرِيمِ، وَسُلْطَانِهِ الْقَدِيمِ مِنَ الشَّيْطَانِ الرَّجِيمِ
/Ə‘uzu bi-Lləhil-‘Azım, və biuajhihil-Karim və sultanihil-Qədim minə-şşeytanir-racim/

Əbu Tayaxadan rəvayət olunurki, günlərin bir günü bir kişi ƏbduRəhman ibn Hənisdən soruşdu: “Peyğəmbər (s.a.v) yanına şeytanlar gəldikdə o nə etdi?” ƏbduRəhman dedi: “Şeytanlar onun yanına müxtəlif yerlərdən, dağlardan, dərələrdən gəlmişlər və onların arasında bir şeytan, peyğəmbər (s.a.v) yandırmaq üçün əlində bir çıraq ilə gəlmişdir”. Hədis ravilərindən biri dedi: “Peyğəmbər (s.a.v) onları gördükdə arxaya çəkilməyə başladı”. Bu zaman Cəbrayıl gəldi və dedi: “Ya Muhəmməd, de !” Peyğəmbər (s.a.v) soruşdu: “Nə deyim?” Cəbrayıl dedi: “De: “Allahım sənin yaratdıqından, xəlq etdiyindən, səmadan nazil olan və səmaya qalxan şərdən, və yerlərdə yaratdıqın və yerdən çıxan şərdən, və gecə və gündüzün fitnəsindən, və gecələr gələnlərin şərindən, özüylə xeyr gətirənlər istisna olmaqla, üzərində heç kimin, nə saleh nə də fasiqin ucala biləcəyi kəlmələrinə sığınıram, ya ər-Rəhman!!” — bundan sonra Qudrətli və Əzəmətli Allah şeytanların odunu söndürdü və onları axırıncısına qədər məhv etdi”.
(Əhməd, 3/419; İbn əs-Sünni, 637. Şeyx əl-Albani və AbdulQadir əl-Arnaut hədisin səhih olduqunu bildirmişdir.)

اَعُوذُ بِكَلِمَتِ اللَّهِ التَّامَّاتِ الَّتِي لاَ يُجَاوِزُهُنَّ بَرٌّ وَلاَ فَاجِرٌ مِنْ شَرِّمَا خَلَقَ، وَبَرَأَ وَذَرَأَ، وَمِنْ شَرِّمَايَنْزِلُ مِنَ السَّمَاءِ، وَمِنْ شَرِّ مَا يَعْرُجُ فِيهَا، وَ مِنْ شَرِّ مَا ذَرَأَ فِي الأَرْضِ، وَمِنْ شَرِّمَا يَخْرُجُ مِنْهَا، وَمِنْ شَرِّ فِتَنِ اللَّيْلِ وَالنَّهَارِ، وَمِنْ شَرِّ كُلِّ طَارِقٍ إِلاَّ طَارِقًا يَطْرُقُ بِخَيْرٍ يَارَحْمَنُ
/Ə‘uzu bikəliməti-Lləhi ttammati-lləti lə yujyəuizuhunna barrun və lə fajirun min şarri mə xaləq və bar‘a və zara‘a və min şarri mə yənzilu mina-ssma‘i ua min şarri mə yə‘ruju fihə və min şarri mə zar‘a fil-ard, və min şarri mə yəxruju minhə, və min şarri fitani-lleyli uannaxar, və min şarri kulli tariqin illə tariqan yətruqu bixeyrin yə Rəhman/

————–
Hazırlayan
Sultan Abu Muhammad

Rus dilindən tərcümə
Əbu İmran əs-Sələfinindir
Ardı var

Bənzər Məqalələr