featured-image-2949

1.Əbu Hureyra (r.a) rəvayət edir ki, Allah Elçisi (s.a.v) demişdir: «Uca Allah buyurur: «Adəm övladı dəhri söyməklə Mənə əziyyət verir. (Çünki) dəhr (1) Mənəm. Hər şey Mənim əlimdədir, gecəni gündüzə, gündüzü də gecəyə çevirən Mənəm!»
(əl-Buxari 97. Kitəbut-Tövhid 35 (4826, 6937, 7053, 7491).)

(1) İbn Teymiyyə demişdir: «Dəhr zamandır. Hər kəs zamanı söyərkən, müsibəti onun başına gətirəni qəsd edir və beləliklə, bu söyüşü Allaha aid edir. Çünki həqiqətdə bu müsibəti onun başına gətirən Allahdır. Deməli: «Dəhr Allahdır» – dedikdə, dəhrə aid etdiyi hər bir şeyin Allaha aidliyi qəsd edilir». Sarimul-Məslul 3/ 922.

2.Əbu Hureyra (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.v) demişdir: «Sizdən biriniz: «Ey ziyankar dəhr!» – deməsin. (Çünki) Allah  deyir: «Dəhr Mənəm. Gecəni və gündüzü göndərən də Mənəm. İstəsəm onları yox edərəm». Sizdən biriniz üzümə: «Səxavətli» – deməsin. Çünki «səxavətlidir» müsəlman adama deyilir».
(əl-Buxari «Ədəbul-Mufrad» 770. əl-Albani səhih olduğunu bildirmişdir.)

————
Topladı
K. Hüseyn
H 1431 / M 2010

Bənzər Məqalələr

media-img_5646

Allahın elçisi ﷺ müxtəlif hədislərində Allah qatında xeyirli və yaxşı insanların kimlər olduğuna dair belə demişdir: «Ən xeyirliniz Quranı öyrənən və öyrədəndir.» (Sahih əl-Buxari, 5027). «Ən xeyirliniz əxlaqı ən gözəl […]
Daha ətraflı