featured-image-2947

Zeyd ibn Xalid əl-Cuhəni (r.s) demişdir: «Allah Elçisi (s.a.v) Hudeybiyyədə gecə ikən yağmış yağışdan sonra bizə sübh namazını qıldırdı və namazı bitirdikdən sonra üzünü camaata çevirib soruşdu: «Bilirsinizmi, Rəbbiniz nə buyurdu?» (Əshabələr:) «Allah və Onun Elçisi daha yaxşı bilir!» – dedilər. Peyğəmbər (s.a.v) dedi: «(Allah buyurdu): «Qullarımdan bir qismi mömin, digər qismi isə kafir oldu. «Bizə Allahın lütfü və mərhəməti sayəsində yağış göndərilmişdir» – deyənlərə gəlincə, onlar Mənə iman gətirmiş və ulduzları inkar etmişlər. «Yağış bizə filan və filan ulduza görə nazil olmuşdur» – deyənlərə gəldikdə, onlar Mənə küfr etmiş və ulduzlara iman gətirmişlər».

əl-Buxari 10. Kitəbul-Azan, Kitəbu Əbvəbi Sıfəti Saləhət (801, 810, 846, 980, 991, 1038).

———–
Topladı
K. Hüseyn
H 1431 / M 2010

Bənzər Məqalələr

media-img_5646

Allahın elçisi ﷺ müxtəlif hədislərində Allah qatında xeyirli və yaxşı insanların kimlər olduğuna dair belə demişdir: «Ən xeyirliniz Quranı öyrənən və öyrədəndir.» (Sahih əl-Buxari, 5027). «Ən xeyirliniz əxlaqı ən gözəl […]
Daha ətraflı