Qeybət
Peyğəmbər (Allahın ona salavat və salamı olsun) səhabələrindən: “Qeybət nədir?”— deyə soruşduqda səhabələr: “Allah və Rəsulu daha yaxşı bilər”— deyə cavab verdilər. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurdu: “Qardaşınızın xoşuna gəlmədiyi bir şeyi onun arxasınca söyləməkdir”. Səhabələrdən biri: “Əgər söylədiklərim onda varsa, bəs necə?”— deyə soruşduqda Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurdu: “Əgər söylədiklərin, həqiqətən, onda varsa, qeybət etmiş, yoxdursa böhtan atmış olursan”.