featured-image-2894

əl-Xaliq — «Allahdan başqa bir yaradıcımı (XALİQ) var». (Fatir 3). «O, hər şeyin yaradıcısıdır (XALİQ), elə isə ona qulluq edin». (əl-Ənam 102). Allah yaradandır, Ondan başqa hər bir şey yaradılandır. Hər şey Onun əmrində və xidmətindədir. Ondan başqa bir yaradıcı yoxdur. Bütün hər şeyi göyləri, yeri, ikisi arasında və içində olanları, bunların hərəkətlərini, ruzilərini, əcəllərini, sözlərini və fellərini də yaradmışdır. Bütün bunların tək yaradıcısı Allahdır. Bütün varlılıqlar sonradan yaradılmış və yoxdan var edilmişdir. Hər şey Ondan başladı və yenə də Onda son olacaqdır.

əl-Xalləq — «Göyləri və yeri yaradan onlar kimisini yaratmağa qadir deyilmi? Əlbəttə qadirdir. (Hər şeyi) yaradan (XALLƏQ) və (hər şeyi) bilən (ALİM) Odur». (Yasin 81). «Həqiqətən Rəbbin (hər şeyi) yaradan (XALLƏQ) və biləndir». (əl-Hicr 86). «And olsun onlardan: “Onları kim yaratdı” deyə soruşsan, onlar mütləq: “Allah” deyə cavab verəcəklər». (əz-Zuxruf 87). Madəm ki, Allah bütün varlılıqları tək yaratdısa, o halda ibadətə və qulluq edilməyə layiq olan tək varlıq da Odur. Bu həqiqət olduğu halda və Onun tək yaradıcı olduğu qəbul edilərkən, ibadət etməkdə Ona nəyə görə şərik qoşulur? Quranın Rububiyyət tövhidini və Uluhiyyət tövhidini isbat etmək üsulu belədir. Digər bir ayədə isə: «Sizi və sizdən əvvəlkiləri yaradan». (əl-Bəqərə 21). Burada Allah bizi və bizdən əvvəlkiləri, atalarımızı, babalarımızı və s. yaratdığını diqqətə çəkməkdədir, beləcə tək yaradıcı olduğunu, nə bizim nə də bizdən əvvəlkilərin yaradılışında kimsənin ona şərik olmadığını bildirməkdədir. Allahın varlılıqları tək yaratması Onun güc və qüdrətinin, iradəsinin, elminin, hikmətinin və həyatının mükəmməl və nöqsansız olmasına dəlalət edər. Bu sifətlərin və fellərin bənzərsiz olduğuna və heç bir varlıqda olmadığına, heç bir varlığın əməllərində Ona şərik olmadığını göstərir. Bu cümlə ilə Allah varlığını isbat etdikdən sonra onların yaradılışlarının qayəsini belə açıqlayır: «Rəbbinizə ibadət edin». (əl-Bəqərə 21). «Göyləri və yeri yaradan, göydən yağmur endirən, o yağmurla sizin üçün ruzi olaraq cürbəcür meyvələr yetişdirən. Əmri ilə dənizdə üzmək üçün gəmiləri sizə tabe və çayları sizə ram edən Allahdır. Seyr edən Günəşi və Ayı, həmçinin gecəni və gündüzü sizin ixtiyarınıza verən Odur». (İbrahim 32,33). «(Bütlər yaxşıdır) yoxsa göyləri və yeri yaradan, sizin üçün göydən yağmur endirən kəs? Sonra biz o, yağmurla sizin üçün gözəl bağçalar yetişdirdik. Siz o, bağçaların ağaclarını göyərdə bilməzdiniz. Məgər Allahla yanaşı başqa bir tanrımı var? Lakin müşriklər tay tutan bir tayfadırlar! (Bütlər yaxşıdır) yoxsa yeri məskən yaradıb ortasından çaylar axıdan, üzərində möhkəm durmuş dağlar bərqərar edən və iki dənizin arasında maneə qoyan kəs? Məgər Allahla yanaşı başqa tanrımı var? Lakin müşriklərin əksəriyyəti bilmirlər». (ən-Nəml 60-61). «Elə isə bütün bunları bilə-bilə Allaha şərik qoşmayın». (əl-Bəqərə 22).

—————-
İsim və Sifətlər Tövhidi”
Toplayan və Tərtib Edən
Kamal Hüseyn

Bənzər Məqalələr