featured-image-2852

Peyğəmbər (Səllallahu Aleyhi və Səlləm)`ə gözəl və cazibədar şeylərin təklif edilməsi

Həmzə və Ömərin müsəlman olmağıyla İslamın gücləndiyini görən müşriklər bundan sonra sərgiləyəcəkləri davranışları dəyərləndirmək üçün yığışdılar. İçlərindən hörmət və etibar sahiblərindən biri olan Utbə bin Rəbiə çıxış edərək belə dedi :

“Ey Qureyş birliyi! Məhəmmədin yanına gedib danışaq və bəzi şeyləri təklif edək. Bəlkə o, bunların bəzisini qəbul edər, istədiyi şeyləri verərik. Beləcə, bizimlə məşğul olmaqdan əl çəkər.” Qureyşlilər : “Bəli, ey Əbu Vəlid, get və onunla danış.” dedilər. Bundan sonra Utbə, Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) ilə danışmaq yanına getdi. Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) Beytul-Haramda tək başına oturmuşdu.Utbə onun yanında oturub :

“Ey Qardaşımın oğlu! Sənin, camaat içində bizdən şərəfli və nəsəbdə bizdən soylu olduğun məlumdur. Şübhəsiz ki, sən qövmünə böyük bir iş gətirib, bununla onların camaatını parçaladın. Onları axmaq saydın, gətirdiyin bu din ilə onların atalarını da, keçib gedənləri də pislədin. Məni eşit, sənə bəzi təkliflər edəcəyəm. Bəlkə, bunlardan bəzilərini qəbul edərsən.” dedi.

Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) da :

De görək, ey Əbu Vəlid, eşidirəm. buyurdu. Utbə :

“Ey qardaşımın oğlu! Əgər gətirdiyin bu şeylə istədiyin maldırsa, malarımızdan yığıb səni ən varlı edək. Əgər bununla istədiyin şərəfdirsə, səni özümüzə başçı edək. Hətta, sənsiz heç bir işə qərar verməyək. Əgər, bununla istədiyin hökmdarlıqdırsa, səni özümüzə hökmdar edək. Əgər sənə gələn bir şey cindirsə və sən onu özündən uzaqlaşdıra bilmirsənsə, sənin üçün həkim gətirək və səni ondan xilas edənə qədər mallarımızı bu yolda xərcləyək. Çünki, bəzən insana cin qalib gəlir və ondan müalicə ilə xilas olur.” dedi. Utbə sözünü qurtarana qədər Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) onu dinlədi. Sonra :

“Sözünü qurtardınmı, ey Əbu Vəlid?” deyə soruşdu.

Utbə də :

Bəli dedi. — Rəsulullah :

Elə isə, indi sən məni dinlə. Buyurdu. Utbə də :

“De” dedi. Rəsulullah ona bu ayələri oxudu :

«Mərhəmətli və Rəhmli Allahın adı ilə! Ha. Mim. Bu, Mərhəmətli və Rəhmli Allah tərəfindən nazil edilmiş, ayələri Quran kimi ərəbcə müfəssəl izah edilmiş, anlaya bilən camaat üçün nəzərdə tutulmuş bir Kitabdır. O, həm müjdə verən, həm də xəbərdar edəndir. Lakin onların çoxu üz çevirib söz eşitməzlər. Onlar deyirlər: “Sənin bizi dəvət etdiyinə qarşı qəlbimiz qapalıdır, qulaqlarımızda tıxac vardır, bizimlə sənin arana pərdə çəkilmişdir. Sən işində ol, biz də öz işimizdə olacağıq!” (Fussilət / 1-5)

Sonra Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) ayələri ona oxumağa davam etdi. Utbə əllərini arxasına atıb, o halda sükunətlə Rəsulullah (Səllallahu Aleyhi və Səlləm)`ı dinləyirdi. Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) Əgər onlar üz çevirərlərsə, de ki, budur, sizi Ad və Səmudun başına gələn qasırğaya bənzər bir qasırğayla xəbərdar etdim. Ayəsinə gələndə, Utbə əlini Rəsulullah (Səllallahu Aleyhi və Səlləm)`in dodağına tərəf uzadıb “Allah və ona yaxınlığı xatirinə” bu əzabın gəlməməsini rica etdi və “bəsdir” dedi.

Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) bu surədəki səcdə ayəsinə çatanda səcdə etdi. Sonra :

“Ey Vəlidin atası, dediklərimi eşitdin, budur, sən və quran” dedi.

Utbə qalxıb dostlarının yanına getdi. Onlardan bəziləri digərlərinə :

Allaha and içirik ki, Vəlidin atası getdiyi üzdən başqa bir üz ilə sizə gəldi. dedilər. Utbə onların yanında oturanda :

“Nə etdin, ey Əbu Vəlid? deyə soruşdular. O da :

Elə bir söz eşitdim ki, vallahi, onun oxşarını hələ əvvəllər heç eşitməmişəm. Vallahi o, nə şeir, nə sehr və nə də kəhanətdir. Ey Qureyşlilər, mənə itaət edin. Bu adamı öz halına bıraxın. Vallahi, ondan eşitdiyim söz, böyük bir hadisə meydana gətirəcək. Əgər ərəblər ona üsütün gəlsələr, şübhəsiz ki, sizə ondan başqası kifayət edər. Əgər o ərəblərə qalib gələrsə, onun mülkü sizin mülkünüz və onun üstünlüyü sizin üstünlüyünüz olar. Bu təqdirdə siz, onunla insanları ən xoşbəxti olarsınız! deyə cavab verdi. Bunun üzərinə Qureyşlilər :

“Ey Vəlidin atası! Vallahi Məhəmməd səni diliylə sehrləmişdir.” dedilər. Utbə isə :

“Onun haqqında mənim fikrim budur, siz isə, istədiyinizi edin!” deyə cavab verdi.

—————
Peyğəmbərimizin həyatı
əl-Mubarək Furi
Hazırladı
Sahib Əsədov
Ardı var

Bənzər Məqalələr