featured-image-2769

8. İnsanlar arasında elələri də vardır ki, mömin olmadıqları halda: “Allaha və Axirət gününə ianırıq” — deyirlər.
9. Onlar Allahı və iman gətirənləri aldatmağa çalışırlar. Halbuki yalnız özlərini aldadır və bunu anlamırlar.
10. Onların qəlblərində xəstəlik vardır və Allah da onların xəstəliyini artırmışdır. Yalan söylədiklərinə görə də üzücü bir əzab çəkəcəklər.
11. Onlara : “Yer üzündə fəsad törətməyin!” — deyildiyi zaman: “Biz ki, ancaq xeyirxahlıq edənlərik!” — deyirlər.
12. Sözsüz ki, onlar fəsad törədənlərdir, amma bunu başa düşmürlər.

13. Onlara: “Bu insanlar iman gətirdiyi kimi siz də iman gətirin!” — deyildiyi zaman: “Biz də səfehlərin iman gətirdikləri kimi iman gətirək?” — deyirlər. Doğrusu, onlar özləri səfehdirlər, lakin bunu bilmirlər.
14. Onlar möminlərlə rastlaşdıqda: “Biz iman gətirdik!” — deyirlər, öz şeytanları (azmış dostları) ilə təklikdə qaldıqda isə: “Biz möminlərə ancaq istehza edirik!” — deyirlər.
15. Allah da onlara istehza edər və azğınlıqlarını o qədər artırar ki, sərgərdan gəzərlər.
16. Onlar, doğru yolu verib azğınlığı satın almış kimsələrdir. Amma onların ticarəti qazanc gətirmədi və özləri də doğru yola yönəlmədilər.
17. Onların məsəli zülmət gecədə od qalayan kimsənin məsəlinə bənzər. Alov onun ətrafındakıları işıqlandırdığı zaman Allah onların nurunu aparar, özlərini də heç bir şey görə bilməyəcəkləri zülmətlər içərisində buraxar.
18. Onlar kar, lal və kor olduqlarına görə doğru yola qayıtmazlar.
224. Andlarınıza görə Allahın adını, yaxşılıq etmənizə, Allahdan qorxmanıza və insanlar arasında sülh yaratmanıza dair bir maneəyə çevirməyin. Allah Eşidəndir, Biləndir!
225. Allah sizi qərəzsiz içdiyiniz andlara görə cəzalandırmaz, lakin O, sizi qəlbinizin qərəzinə (qəsdən içdiyiniz andlara) görə cəzalandıracaqdır. Allah Bağışlayandır, Həlimdir.
(əl — Bəqərə- 8,9,10,11,12,13,14,15,16,17,18,224,225)

142. Münafiqlər, həqiqətən də, Allahı aldatmağa çalışırlar. Halbuki Allah onları aldadır. Onlar namaza durarkən könülsüz qalxar, özlərini camaata göstərər və Allahı olduqca az yad edərlər.
(ən — Nisa — 142)

————
Hazırlayan:
Müşfiq Cəfərov

Bənzər Məqalələr